Məhkəmə qərarları › İş №3(046)-459/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-459/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-459/2023 10.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində qərar çıxarılmış şəxs X5, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Qida X2 X11 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida X2 X11 rəisi X3 05 may 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X10 Azərbaycan Respublikasının Qida X2 X11 rəisi X3 05 may 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Göyçay rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 3(046)-352/2023 saylı qərarı ilə X5 şikayəti təmin edilmiş, X5 İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X2 X15 göndərilmişdir. Azərbaycan Respublikasının Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində qərar çıxarılmış şəxs X10 şikayət vermiş və Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X2 X11 26 aprel 2023-cü il tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Jasmin” kafesində yoxlama suallarının siyahısından seçilmiş 121, 124, 126, 136, 138 və 143-cü suallar üzrə Agentliyin Mərkəzi X11 əməkdaşları X9 və X6 tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsinə dair 01 may 2023-cü il tarixli MARB-YPK-017 nömrəli Akt tərtib edilmişdir. Həmin aktda – 121-ci sual üzrə ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı; 124-cü sual üzrə əlyuma çanağının birdəfəlik qurutma vasitəsi ilə təmin olunmadığı; işçilər üçün dolablar və sanitarməişət avadanlıqları ilə təchiz edilmədiyi; soyunub-geyinmə otaqlarının nəzərdə tutulmadığı; yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlər və dolabların təşkil edilmədiyi; xaricə açılan pəncərələrdə həşaratlara qarşı torun təşkil edilmədiyi; doğrama lövhələrinin tamlığının pozulması; qida obyektinə qəbul olunan xammala giriş nəzarətinin aparılmadığı; donun açılması üçün defrotasiya sahəsinin mövcud olmadığı; işçilərin xüsusi geyim formaları ilə təmin edimədiyi; qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı; tullantılar üçün (qida) qabın ağzıaçıq halda saxlanılması; tullantıların müvafiq üsulla qablaşdırılması qaydalarına əməl olunmadığı; 126-cı sual üzrə işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilməsinin təmin edilmədiyi; 136-cı sual üzrə 15 ədəd 1 litrlik ev şəraitində hazırlanmış, etiket məlumatları olmayan; 1,2 kq pendir (saçaq); 25 ədəd yumurta; 4 ədəd 3 kq-lıq şüşə qablarda qatıq məhsullarının heç bir etiket olmadan satılmasının müəyyən olunduğu; 138ci sual üzrə soyuducuda süd, ət və sup məhsullarının mal qonşuluğu prinsipinə əməl olunmadan saxlanılmasının müəyyən olunduğu; 143-cü sual üzrə 1 ədəd son istifadə müddəti bitmiş “Sirab” əmtəə nişanlı suyun satılmasının müəyyən olunduğu göstərilmişdir. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən barəsində 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Qida X2 X11 rəisi X7 tərəfindən 05 may 2023-cü il tarixdə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilməyim barədə qərar qəbul edilmişdir. Onun tərəfindən şikayətlə Göyçay rayon Məhkəməsinə müraciət edilərək, Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 05 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-352/2023 saylı qərarı ilə şikayəti təmin edilmişdir. İşə yenidən baxan Azərbaycan Respublikası Qida X2 X11 rəisi Gündüz Qəmbərov onu, barəsində 27 aprel 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilərək, Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə 11 iyul 2023-cü il tarixdə qərar qəbul etmişdir. Hesab edir ki, aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, fəaliyyət göstərdiyi “Jasmin” adlı kafedə plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas ünvan 2 ünvanda yaşayan X1 kafedə qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə elektron qaydada etmiş olduğu müraciət olmuşdur. Lakin istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışda, istərsə də Azərbaycan Respublikası Qida X2 X11 26 aprel 2023-cü il tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarında plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas kimi Nurlan Rəhimlinin müraciəti göstərilməmişdir. Yalnız həmin sənədlərdə “Jasmin” adlı kafedə qida təhlükəsizliyi qaydalarına riayət edilməməsi barədə edilmiş müraciətə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparıldığı edilmişdir. Yoxlama zamanı yoxlayıcılar Məhəmməd Məmmədova və Feyzulla Qurbanova kafenin “neqativ” fəaliyyəti barədə qida təhlükəsizliyi agentliyinə şikayət etmiş Nurlan Rəhimlinin izahatının alınıbalınmaması, həmin kafedə olub-olmaması, xidmətlərindən istifadə edib-etməməsi, ümumiyyətlə həmin şəxsin kimliyinin araşdırılıb-araşdırılmamasını soruşduqda, yoxlayıcılar buna ehtiyac olmadığını, qanun pozuntusu barədə məlumatın olması, plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün əsas olduğunu bildirmişlər. Hazırki işin hallarından görünür ki, inzibati orqan olan X16 Regional Bölməsi hüquq pozuntusu barədə məlumat verməsi qeyd olunan Nurlan Rəhimlinin müraciətinə baxarkən, sonuncuya məlumat verməmiş, iştirakını təmin etməmiş, izahatını almamış, şəxsiyyətini müəyyən etməmiş, eləcə də, həmin kafeyə gedərək xidmətlərdən istifadə edibetməməsini, kafedə qida təhlükəsizliyi qaydalarına riayət olunub-olunmamasının necə şahidi olmasını, həmin şəxsin müraciətinin anonim və əsassız olub-olmamasını araşdırmamışdır. X16 Regional Bölməsi “Jasmin” kafesinin fəaliyyəti barədə müraciət etmiş Nurlan Rəhimlinin əqli sağlamlığını yoxlamadan, müraciətində göstərilən faktların insan həyatı, sağlamlığı, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradıb-yaratmaması, həmçinin bu hallarla bağlı zərər vurulubvurulmamasını araşdırmadan fəaliyət göstərdiyi kafedə plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində qərar çıxarılmış şəxs X10 şikayəti müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Qida X2 X11 nümayəndəsi Nümayəndə izah etdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X2 X11 26 aprel 2023-cü ıl tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən X5 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Jasmin" kafesində yoxlama suallarının siyahısından seçilmiş 121,

124. 126. 136, 138 və 143-cü suallar üzrə Agentliyin Mərkəzi X11 əməkdaşları tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsinə dair 01 may 2023-cü ıl tarixli MARB-YPK-017 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən X5 barəsində 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Qida X2 X11 rəisi X3 05 may 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərar məhkəmə qaydasında mübahisələndirilərək, ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida X2 X15 göndərilmişdir. İnzibati xəta haqqında işə yenidən baxılaraq, Azərbaycan Respublikasının Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərar əsaslıdır. Bu səbəbdən, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarı, həmin qərarın verilməsinə əsas olan sənədləri araşdıraraq hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından göründüyü kimi, qeyd olunan xəta o halda yaranır ki, şəxs istehlakçının hüquqlarını pozmuş olsun, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malları istehsal etsin, satsın, işlər yerinə yetirsin, xidmətlər göstərsin. Məhkəmə araşdırması və iş materialları ilə müəyyən edildi ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulan hərəkətlərin hər hansı biri baş verməmiş, barəsində qərar çıxarılmış şəxs X10 qeyd olunan hərəkətləri törətməmişdir. Belə ki, barəsində qərar çıxarılmış şəxs X10 tərəfindən istehlakçının hüquqları pozulmamış, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən mallar istehsal edilməmiş, satılmamış, işlər yerinə yetirilməmiş, xidmətlər göstərilməmişdir. İnzibati icraat materiallarında olan yoxlama aktında - əlyuma çanağının birdəfəlik qurutma vasitəsi ilə təmin olunmadığı; işçilər üçün dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmədiyi; soyunub-geyinmə otaqlarının nəzərdə tutulmadığı; yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlər və dolabların təşkil edilmədiyi; xaricə açılan pəncərələrdə həşaratlara qarşı torun təşkil edilmədiyi; doğrama lövhələrinin tamlığının pozulması; qida obyektinə qəbul olunan xammala giriş nəzarətinin aparılmadığı; donun açılması üçün defrotasiya sahəsinin mövcud olmadığı; işçilərin xüsusi geyim formaları ilə təmin edimədiyi; qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı; tullantılar üçün (qida) qabın ağzıaçıq halda saxlanılması; tullantıların müvafiq üsulla qablaşdırılması qaydalarına əməl olunmadığı; işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilməsinin təmin edilmədiyi; 15 ədəd 1 litrlik ev şəraitində hazırlanmış, etiket məlumatları olmayan; 1,2 kq pendir (saçaq); 25 ədəd yumurta; 4 ədəd 3 kq-lıq şüşə qablarda qatıq məhsullarının heç bir etiket olmadan satılması; soyuducuda süd, ət və sup məhsullarının mal qonşuluğu prinsipinə əməl olunmadan saxlanılması; 1 ədəd son istifadə müddəti bitmiş “Sirab” əmtəə nişanlı suyun satılmasının müəyyən olunduğu göstərilsə də, hansı standartların və ya normativ sənədlərin tələblərinin pozulması M.Məmmədov barəsində tərtib olunmuş aktda, eləcə də inzibati xəta haqqında protokolda göstərilməmişdir. Halbuki, Azərbayan Respublikası İXM-nin 447.0.3-cü maddəsinin dispozitiv tələbi onu ehtiva edir ki, inzibati qaydada tənbeh edilən şəxs tərəfindən standartların və normativ sənədlərin tələbləri pozulmuş olsun. Qeyd edildiyi kimi, X5 hansı standartların və normativ sənədlərin tələblərini pozması müəyyən olunmur. Bundan başqa, X5 fəaliyyət göstərdiyi ictimai iaşə obyektində plandankənar (növbədənkənar) yoxlama aparılmasına əsas ünvan 2 ünvanda yaşayan X1 kafedə qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə elektron qaydada etmiş olduğu müraciət olmuşdur. Lakin inzibati xəta haqqında icraat zamanı inzibati orqanın nümayəndələri tərəfindən Nurlan Rəhimlinin izahatını almamış, sonuncunun həmin kafedə olubolmamasını, kafenin xidmətlərindən istifadə edib-etməməsini, ümumiyyətlə həmin şəxsin kimliyi, eləcə də, həmin şəxsin müraciətinin anonim və əsassız olub-olmaması araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.7-ci maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Məzmunu açıqlanan normaların tələbindən göründüyü kimi plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən müraciət edən şəxsin əqli sağlamlığı yoxlanılmalı, müraciətdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi müəyyən edilməli, məhz bundan sonra plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilməlidir. Yoxlama aparan Agentliyin Mərkəzi X11 əməkdaşları “Jasmin” kafesinin fəaliyyəti barədə müraciət etmiş Nurlan Rəhimlinin əqli sağlamlığını yoxlamadan, müraciətində göstərilən faktların insan həyatı, sağlamlığı, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradıb-yaratmaması, həmçinin bu hallarla bağlı zərər vurulub-vurulmamasını araşdırmadan X5 fəaliyyət göstərdiyi ictimai iaşə obyektində plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin hallarından göründüyü kimi, X5 fəaliyyət göstərdiyi “Jasmin” kafesində plandankənar (növbədənkənar) yoxlama aparılarkən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmuş, bunun davamı olaraq qanunu pozmaqla əldə edilmiş sübutlar əsasında X10 inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Qida X2 X21, barəsində inzibati qərar qəbul edilmiş şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən, inzibati xətanın tərkibinin olmamasına diqqət yetirməmiş, spesifik sahəni tənzimləyən qanunun («Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.7-ci maddəsinin) tələblərini pozmuş, əsassız olaraq X5 Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İXM-in müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində göstərillir ki, konstitusiyada təsbid edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverilicik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X14» nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.2-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, “Jasmin” kafesində aparılan yoxlama zamanı X10 tərəfindən istehlakçının hüquqlarının pozulmadığı, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsal edilmədiyi, satılmadığı, işlər yerinə yetirilmədiyi, xidmətlər göstərilmədiyi iş materialları ilə məhkəmə iclasında müəyyən edildiyindən, bununla da X5 əməlində Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsinin tərkibi olmadığından, Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 53.0, 53.0.2, 128, 129-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X10 barəsində 1500 manat mələğində cərimə təyin edilməsinə dair Azərbaycan Respublikası Qida X2 X11 rəisi X3 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

HAKİM: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar