Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-459/2024 13.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1992-ci ildə Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, evli, orta təhsilli, Göyçay rayonu, Qarabağlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 28 may 2024-cü il tarixdə,saat 17 radələrində Göyçay şəhəri, Natəvan küçəsi, ev 11-də müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparat əldə edərək saxlamışdır. İnzibati xəta hadisənin olması 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məsafədən idarə edilən pilotsuz uçan dron aparatını 4 ildir istifadə edir. Dron aparatından bir çox məclislərdə istifadə etmiş,polis əməkdaşları bunu görmüş,lakin heç bir tədbir görməmişlər. Pilotsuz uçan aparatı tanımadığı bir nəfərdən almış,aparatın sənədləri yoxdur,xüsusi icazənin alınması üçün Azərbaycan Respublikası Rabitə və Texnologiya nazirliyinə müraciət etmiş,lakin icazə verilməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Natavan küçəsində yerləşən evdə Şəxs məxsus olan bir ədəd xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Şəxs Mayis oğlunun, hal şahidləri X3 və X1 iştirakları ilə xx.xx.2024-cü il tarixdə Göyçay rayonu, Qarabağlar kəndində yaşayan Şəxs məxsus olan bir ədəd “Dron” aparatı maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edirəm ki,onun barəsində inzibati xətanın bilavasitə obyekti olan predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd məsafədən idarə edilən pilotsuz uçan aparatı müsadirə edilməklə, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-459/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-459/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver