Məhkəmə qərarları › İş №3(046)-46/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-46/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-46/2021 22.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1972-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, «xxxx» MMC-nin direktoru, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsindən «xxxx» MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən «xxxx» MMC-nin direktoru Şəxs haqqında Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol (xx.xx.2021-ci il tarixli MN seriyalı ******* saylı) baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, «xxxx» MMC-nin direktoru Şəxs xx xxxxxx 2021-ci il tarixdə Göyçay rayonu Mirzəhüseynli kəndində yoxlama zamanı «xxxx» MMC-yə məxsus sahibkarlıq fəaliyyəti üçün istifadə olunan quşçuluq sexinin soyuducu anbarına baxış keçirilməsinə mane olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, agentlik əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Göyçay rayonu Mirzəhüseynli kəndində yoxlama zamanı Şəxs direktoru olduğu «xxxx» MMC-yə məxsus sahibkarlıq fəaliyyəti üçün istifadə olunan quşçuluq sexinin soyuducu anbarına baxış keçirilməsinə mane olmuşdur. Bu səbəbdən, Şəxs haqqında Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, işdə olan KÜ ********* saylı, çap tarixi xx.xx.2021-ci il olan «xxxx» MMC-nin cari fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərində yoxlanılması üçün «Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən sözügedən cəmiyyətdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Yoxlayıcı orqanın verdiyi məlumatdan, eləcə də yuxarıda göstərilən çıxarışda göstərilənlərdən məlum olur ki, bu yoxlamaya konkret faktlara əsaslanan rəsmi müraciətin (məlumatın) daxil olmasına səbəb olmuşdur. Qeyd olunan bu hal yoxlayıcı orqanının vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixdə qəbul etdiyi ŞUQ-21/22 nömrəli «Yoxlamanın aparılması haqqında» qərarda da öz əksini tapmışdır. Qeyd etməyi zəruri hesab edir ki, yoxlayıcı orqana bu və ya digər şəxs tərəfindən konkret fakta əsaslanan rəsmi müraciət (məlumat) daxil olmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.9-cu maddəsinin tələbinə görə anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Sözügedən Qanunun 3.2-ci maddəsinin tələbinə görə isə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, yoxlayıcı orqan yuxarıda sözügedən Qanunun tələbini pozmaqla yoxlama keçirmişdir ki, bu cür yoxlamanın da nəticəsində heç bir məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yoxlayıcı orqanın yoxlama aparılması haqqında qərarı onun yuxarı orqanının rəhbərinə təqdim edilən xx.xx.2021-ci tarixli 02/01/21 saylı şikayət əsasında «xxxx» MMC tərəfindən mübahisələndirilmişdir. Digər tərəfdən yoxlayıcı orqanın «xxxx» MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixindən yoxlama aparılması barədə xx xxxxxx 2021-ci il tarixli SK 21-02/054 saylı məktubu Bakı şəhərində yerləşən fərdi mənzilinə xx.xx.2021-ci il tarixdə, saat 15:37-də daxil olmuşdur. Sözügedən məktub ünvanına xx.xx.2021-ci il tarixdə saat 15:37-də daxil olduqdan sonra, yəni xx.xx.2021-ci il tarixində Bölmə rəisi İrfan İsgəndərova «xxxx» MMC tərəfindən 03/01/21 nömrəli məktub ünvanlanaraq yuxarıda qeyd olunan hal diqqətə çatdırılmaqla yoxlama üçün zəruri tədbirlərin təmin olunması üçün müəssisənin əməkdaşı X3 məsul şəxs təyin edildiyi yoxlayıcı orqana bildirilmişdir. xx.xx.2021-ci il tarixli 03/01/21 saylı məktub yoxlayıcı orqana elə həmin gün elektron kargüzarlıq vasitəsi ilə çatdırılmışdır. Sadalanan hallardan görünür ki, hətta yoxlayıcı orqanın qanunsuz keçirdiyi yoxlamada müəssisənin məsul əməkdaşının iştirakı onun tərəfindən təmin olunmuşdur. Barəsində tərtib edilən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, yoxlayıcılara yoxlama aparmaları üçün zəruri şəraiti yaratsa da, onlara MMC-yə məxsus quş kəsimi sexində soyuducu anbara baxış keçirmələrinə mane olduğuna əsaslanaraq, barəsində Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə protokol tərtib etmişlər. «xxxx» MMC-nin direktoru olaraq bu müəssisəyə məxsus bütün ərazidə tərəfindən yoxlayıcılara yoxlama aparmaları üçün zəruri şəraiti təmin olunmuş və bu yoxlamanın nəticəsində yoxlayıcılar tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlama aktı tərtib edilmişdir. Həmin akt əsasında inzibati xəta haqqında protokol tərtib olunmuş və bu protokol əsasında da «xxxx» MMC barəsində xx.xx.2021-ci il tarixdə, MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərar da qəbul olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, «xxxx» MMC-də soyuducu anbar mövcud deyildir. Belə olan halda mövcud olmayan anbara baxışın keçirilməsini təmin etməsi mümkünsüzdür. Göründüyü kimi yoxlayıcı orqanın barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolun hüquqi əsası yoxdur. Odur ki, bu protokol əsasında barəsində hər hansı bir məsuliyyət tədbiri tətbiq edilə bilməz. Göstərilənləri, eləcə də Azərbaycan Respublikası İXM-in 52, 53-cü maddələrinin tələblərini rəhbər tutub, barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və vəsatətin məzmununda əsaslandığı sənədləri vəsatətinə qoşma ilə məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd olunan vəsatəti nəzərə alaraq, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətini, inzibati xəta haqqında protokolu və həmçinin protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələbinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından göründüyü kimi, qeyd olunan xəta tərkibi o halda yaranır ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilməsin, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməsin, təhrif olunmuş, yanlış məlumat versin və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olsun. Məhkəmə araşdırması və iş materialları ilə müəyyən edildi ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulan hərəkətlərin hər hansı biri baş verməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri törətməmişdir. Bundan başqa, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.9-cu maddəsinin tələbinə görə anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Qanunun 3.2-ci maddəsinin tələbinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta protokolunu tərtib etmiş, yuxarıda sözügedən regional bölmənin əməkdaşları “xxxx” MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas olan, konkret fakta əsaslanan müraciəti (məlumatı) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, belə bir müraciət (məlumat) sözügedən Cəmiyyətə və ya onun direktoruna, yaxud müəssisəni yoxlamada təmsil etmiş məsul şəxsə də təqdim olunmamışdır. Bu baxımdan da, qeyd olunan protokolun yuxarıda istinad olunan Qanunun 3.2 və 16.9-cu maddələrinə əsasən hər hansı hüquqi nəticəsi yoxdur. Belə ki, “xxxx” MMC-də yoxlama konkret fakta əsaslanan rəsmi müraciət (məlumat) əsasında deyil, anonim müraciət (məlumat) əsasında aparılmışdır. Digər tərəfdən, protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, yaxud «xxxx» MMC-nin balansında anbar olmasına, qeyd olunan ərazidə onlara məxsus anbarın mövcud olmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Barəsində protokol tərtib olunmuş Şəxs direktoru olduğu “xxxx” MMC-də belə bir soyuducu anbarın mövcud olmadığına istinad etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən, inzibati xətanın tərkibinin olmamasına diqqət yetirməmiş, spesifik sahəni tənzimləyən qanunun («Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.9-cu maddəsinin) tələblərini pozmuş, əsassız olaraq Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İXM-in müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində göstərillir ki, konstitusiyada təsbid edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverilicik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları Haqqında Ümumi Bəyannamə» nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.2-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin əməkdaşları tərəfidən “xxxx” MMC-də anonim müraciət əsasında yoxlama aparıldığı, buna baxmayaraq “xxxx” MMC-nin direktoru S.Noruzov tərəfindən qanuniliyi mübahisələndirilən yoxlamanın aparılması üçün zəruri şəraitin yaradıldığı, yoxlamada iştirakı üçün məsul şəxsin təyin edildiyi, eləcə də yoxlayıcılar tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair “xxxx” MMC-ti barəsində Azərbaycan Respublikasının İXM-nin 200.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi, bu protokola istinadən “xxxx” MMC-ti regional şöbənin rəisinin xx.xx.2021-ci il tarixli, MN0458885 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunaraq 200 (iki yüz) manat məbləğində cərimə olunduğu, həmçinin “xxxx” MMC-nin fəaliyyətinin yalnız quşların diri şəkildə saxlanması və bəslənməsi, onların diri şəkildə olarkən satışından ibarət olduğu, yoxlama aparılan dövrdə müəssisədə hər hansı fəaliyyətin, eləcə də quşların diri şəkildə saxlanmasının və kəsiminin həyata keçirilmədiyi, o cümlədən müəssisəyə məxsus soyuducu anbarın möcud olduğunu təsdiq edən hər hansı bir sübutun olmadığı iş materialları ilə məhkəmə iclasında müəyyən edildiyindən, bununla da Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş materiallarda Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 53.0, 53.0.2, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «xxxx» MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar