Məhkəmə qərarları › İş №3(046)-46/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-46/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-46/2025 04.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1nun iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 03 fevral 2025-ci il tarixdə saat 14 radələrində Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 xidməti iş otağında ucadan səs-küy salmış, ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 raportu icraatına daxil olmuşdur. İnzibati xəta tərətmiş şəxs Şəxs barəsində olan təhqiqat materialı ilə bağlı dəfələrlə rayon polis şöbəsinə çağırılmasına baxmayaraq gəlməmişdir. Daha sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmiş, təhqiqatçı Şahid1 xidməti iş otağında izahatı alınarkən əsəbi olduğundan ünvansız nalayiq ifadələr işlədərək ucadan səs-küy salmış, digər xidməti iş otağında olan polis əməkdaşları səs-küy eşidib yaxınlaşaraq Şəxs sakitləşdirmək istəyərək nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə anasının xəstəyi ilə bağlı yaşadığı ünvana təcili tibbi yardım avtomobili gəlmiş, müəyyən problemləri ilə bağlı əsəbi olduğu üçün həmin vaxt özündə olmamışdır. Daha sonra polis əməkdaşları yaşadığı ünvana gələrək barəsində təhqiqat materialı ilə bağlı onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər, o etiraz etməyərək polis əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı Rüstəm müəllimin xidməti iş otağına çıxmış, izahatı alınarkən dostunun onun barəsində etdiyi şikayətlə bağlı əsəbləşərək ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, əsəbi olduğundan etdiyi hərəkətlərin fərqində olmamış, Rüstəm müəllim onu sakitləşdirmişdir. Sonradan səs-küyə digər polis əməkdaşları da oraya gəlmiş, lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 şahid qismində izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində xidməti iş otağında Şəxs təhqiqat materialı ilə bağlı ilkin olaraq sorğu-sual edib izahatını alan zaman Şəxs qəflətən əsəbləşərək şikayət etmiş şəxs barəsində və ümumi olaraq nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, “məni bura əsassız yerə nə səbəbə görə gətirmisiz” “mən nə üçün izahat verməliyəm heçnə etməmişəm” deyərək öz hərəkətlərini davam etdirməyə başlamış, onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Daha sonra onunla proflaktiki söhbətlər aparılaraq sakitləşdirilmiş, ona izahatı alınandan sonra buraxılacağı bildirilmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. X1 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs törətdiyi əməlini etiraf edir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 03 fevral 2025-ci il tarixdə saat 14 radələrində Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 xidməti otağında ucadan səs-küy salmış, ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiyini, barəsində təhqiqat materialı ilə bağlı onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşərək polis şöbəsinə getdiyini, polis şöbəsində təhqiqatçı Şahid1 xidməti iş otağına çıxdığını, izahatı alınarkən dostunun onun barəsində etdiyi şikayətlə bağlı əsəbləşərək ucadan səsküy salaraq ünvansız nalayiq söyüşlər söydüyünü, əsəbi olduğu üçün etdiyi hərəkətləri bilmədiyini, lakin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmədiyini bildirmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa həmin vaxt polis işçisi tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edildiyi də öz təsdiqini tapmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 03 fevral 2025-ci il tarixdə saat 14 radələrində Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 xidməti otağında ucadan səs-küy salmış, ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X5 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar