Məhkəmə qərarları › İş №3(046)-460/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-460/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-460/2022 09.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, qanuni nümayəndəsi X2, vəkili X4 və Göyçay rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajor X3 iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Göyçay rayon Ləkçıplaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. X10 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:10-da inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməlindən səmimi peşman olmasını, törədilmə şəraitini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə tənbeh növü təyin edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 01 (bir) saat hüquqi yardıma görə vəkil X5 hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar