Məhkəmə qərarları › İş №3(046)-460/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-460/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-460/2023 05.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, X1nun iştiraki ilə, Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1, Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:18-də Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində “KİA RİO” minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası (İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan - yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozmuş və bu səbəbdən barəsində qeyd edilən maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən baxılmış və 40 manat məbləğində inzibati tənbeh edilməyi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati tənbeh edilməyinə əsas xx.xx.2023-cü il tarixdə, saat 15:18-də Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində “KİA RİO” minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan - yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozmağı olmuşdur. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edən YPX-i inspektoruna ona istinad olunan inzibati xətanı törətməyini təsdiq edən hər hansı sübutu, yəni video görüntünü, hal şahidini təqdim etmədən, başqa sözlə desək heç bir sübuta əsaslanmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, ona istinad olunan inzibati xətanı törətməmişdir. Eyni zamanda inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə elə həmin tarixdə baxmış və inzibati tənbeh edilməyi barədə qərar qəbul etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqan (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X4 20 iyun 2023-cü il tarixdə, saat 15:18-də Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində “KİA RİO” minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:18-də Aydın Əliyev istifadəsində olan “KİA RİO” minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində idarə edərkən Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru Nümayəndə onu saxlatmış, yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozduğu üçün barəsində İXM-nin 327.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokola əsasən X3 İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilmiş və 40 manat inzibati qaydada cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixdə saat 15:18-də X2 inzibati xəta törətdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 15:18-də özünə məxsus “KİA RİO” minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Məmmədcəfər Cəfərov küçəsində hərəkətdə olarkən İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X4 barəsində Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar