Məhkəmə qərarları › İş №3(046)-461/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-461/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-461/2022 09.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, zərərçəkmiş şəxs X3 və X2nun iştirakı ilə xx.xx.1978-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çaxırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Göyçay rayonu Çaxırlı kəndində qonşusu X1 təhqir etməklə xırda xuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs göstərmişdir ki, X6 onun qonşusudur, aralarında yol ilə bağlı mübahisə vardır. Belə ki, Tehran Məmmədov ona bələdiyyə tərəfindən verilmiş yoldan istifadə etməyə imkan vermir. Dəfələrlə Tehrana bu barədə bildirmişdir. Lakin onu söyməmiş, heç bir inzibati xətaya yol verməmişdir. Zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, şəhid atasıdır. Şəxs onun qonşusudur. Şəxs özünə məxsus xırdabuynuzlu heyvanları mütəmadi olaraq onun həyət qapısının yanında otartmışdır. Bu barədə Şəxs dəfələrlə xəbərdarlıq etmiş, lakin İlham hərəkətlərinə son verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində ona yenidən xəbərdar etmiş, Şəxs onu söyərək təhqir etmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X8 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 məxsus evdə usta işləyərkən, Şəxs Tehran Məmmədovun ünvanın nalayiq söyüşlər söydüyünü eşitmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada həbs edilmişdir. İnzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. X2 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırna halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Vəkil X7 göstərdiyi 01 (bir) saat hüquqi xidmətə görə hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar