Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-462/2024 25.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrüm İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrüm İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 01400-04224/24 saylı inzibati xəta haqqında protokol baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2024-cü il tarixli MN 01400-04224/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 2 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 844.06 ABŞ dolları (1434.90) manat məbləğində vəsaitin SİRACOĞLU FERMER TƏSƏRRÜFATİ» MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, İnzibati xəta haqqında protokolda 2 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 844.06 ABŞ dolları (1434.90) manat məbləğində vəsaitin SİRACOĞLU FERMER TƏSƏRRÜFATİ» MMC-nin müvəkkil bank hesabına köçürülməsi qeyd ediləməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrüm İdarəsi tərəfindən qeyd edilən gömrük bəyannamələrinin tarixləri və nömrələri göstərilməmişdir. Göründüyü kimi SİRACOĞLU FERMER TƏSƏRRÜFATİ» MMC barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: SİRACOĞLU FERMER TƏSƏRRÜFATİ» MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrüm İdarəsi tərəfindən İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 01400-04224/24 saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrüm İdarəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-462/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-462/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver