Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-464/2021 30.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri S.M.Əfəndiyev küçəsi ev 34-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Potu kəndində X3 məxsus 52.60 manat dəyərində boruları və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Göyçay rayon Potu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 95 manat dəyərində əmlakını gizli yolla talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Potu kəndində X3 məxsus 52.60 manat dəyərində boruları və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Göyçay rayon Potu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 95 manat dəyərində əmlakı gizli olaraq talamışdır. Törətdiyi əməldən peşmandır. X1 göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ona məxsus Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinin qarşısından ona məxsus olan 06 ədəd dəmir boruları oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona 360 manat maddi ziyan dəymişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda 52.60 manat göstərilmişdir. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs ona məxsus Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən dəyəri ümumilikdı 95 manat olan 02 ədəd dəmir barmaqlıq, 01 ədəd dəmir kravat, 01 ədəd 10 litrlik aliminum su qabı, 01 ədəd dəmir künclük və 06 metr uzunluğunda bir ədəd armatur oğurlamışdır. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Potu kəndində X3 məxsus 52.60 manat dəyərində boruları və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Göyçay rayon Potu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 95 manat dəyərində əmlakını gizli yolla talamışdır. Hər iki oğurluq hadisəsi üzrə pul məbləği 500 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 2 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-464/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-464/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver