Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-464/2024 20.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/21555734 saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 xx.xx.2024-cü il tarixli EQ/21555734 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C180” minik markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törətdiyinə görə xx.xx.2023- cü il tarixli EQ 16630269 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat inzibati cərimə olunmuşdur. Qeyd olunan cəriməni 03 ay müddətində ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola baxılması xx.xx.2024-cü il tarixinə təyin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Həmin qərar ona poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə 128 manat inzibati cəriməni ödəyərək, vəsatətlə məhkəməyə müraciət edərək, qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə nəqliyyat vasitələrini idarə etmək hüququnnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərarına xitam verilmişdir. Sürücülük hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı məlumat üçün Göyçay rayon Polis Şöbəsinə göndərilmiş və qanuni qüvvəsini almadan cəriməni ödədiyi halda, sürücülük hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair qərar sistemə vurulmuşdur (qərar yalnız məlumat üçün göndərilmiş). Bunun nəticəsində xx.xx.2024-cü il tarixli EQ/21555734 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 300 manat inzibati qaydada cərimə edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almadığı və həmin qərar icra olunması üçün Azərbaycan Respublikası DİN BDYP-nə göndərilmədiyi halda və həmçinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın icrasına xx.xx.2024-cü il tarixdə xitam verildiyi halda, Azərbaycan Respublikası DİN BDYP-nə sürücülük hüququ 06 ay müddətinə məhdudlaşdırılmış kimi vurulmuşdur. Bundan başqa barəsində qərarın olmasını avtomobili xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirərkən məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,işə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)- 22/2024 saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)-22/2024 saylı qərarının surəti 19 yanvar 2024-cü il tarixdə X2 çatdırlmışdır. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)- 22/2024 saylı qərardadın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 80 manat cəriməni və 48 manat dəbbə pulunu ödədiyinə görə X1 nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərarına xitam verilmişdir. İşə əlavə edilmiş 04 iyun 2024-cü il tarixli EQ/21555734 saylı çıxarışdan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati qaydada tənbeh edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə,inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda,bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə,barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaradır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmış,inzibat tənbeh vermə haqqında qərarın surəti poçt vasitəsilə 19 yanvar 2024-cü il tarixdə ona çatdırlmış,həmin qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərardadı ilə onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərarına xitam verildiyindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(046)-22/2024 saylı qərarı qanuni qüvvəyə minməmiş,bu isə o deməkdir ki, X3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, X3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab olunmadığından xx.xx.2024-cü ildə nəqliyyat vasitəsini idarə etdiyinə görə əməlində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara və tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki,şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli EQ/21555734 saylı qərarı ləğv edilməli, X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 332.3cü maddəsinin tərkibi olmadığından işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ/21555734 saylı qərarı ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-464/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-464/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver