Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-467/2022 15.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Natəvan küçəsində YPX-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi VAZ-2106 markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanı olmadan və yan şüşələrdə icazə verilməyən örtüklə idarə etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına müharibə veteranı olduğunu və avtomobildə olan nöqsanları aradan qaldıracağını bildirərək getmişdir. Daha sonra polis əməkdaşları onu yenidən saxlamış bu zaman onların hərəkətlərindən əsəbiləşərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək, polis şöbəsinə getməsini bildirmiş, lakin bundan imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində polis baş leytenantı Rəşad Cavadov və polis inspektoru Camal Camalzadə ilə birlikdə xidmətdə olarkən VAZ-2106 markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində nömrə nişanın olmaması, yan şüşəsində icazə verilməyən örtüyün olması müəyyən edilərək saxlanılmışdır. YPX-nin inspektoru X3 həmin avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi qayda pozuntusunu izah etmişdir. Sürücü inspektora müharibə iştirakçısı olduğunu, avtomobilində olan nöqsanları aradan qaldıracağını deyərək getmişdir. Daha sonra yenidən avtomobilə “saxla” əmri işarəsi verilməsinə baxmayaraq sürücü avtomobili saxlamamış, Göyçay şəhəri Natəvan küçəsində PPX-nin əməkdaşlarının köməyi ilə saxlanılmışdır. Bundan sonra sürücü Şəxs avtomobildən düşərək nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göyçay RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları X4 və X3 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişlər. X6 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30-da inzibati qaydada həbs edilmiş, xx.xx.2022-ci il tarixdə saat 10:30-da həbsdən azad edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri Natəvan küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə tənbeh növü təyin edilsin. Şəxs inzibati qaydada tutulduğu bir gün müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-467/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-467/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver