Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-471/2022 17.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, Natəvan küçəsi, ev 28də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay şəhər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının daxilində ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, qohumu xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Həzi Əhmədov aldığı bədən xəsarətləri nəticəsində ailə üzvləri onu Bakı şəhərində yerləşən “Avrasiya” klinikasına gətirmişdilər. Daha sonra onun aldığı bədən xəsarətləri nəticəsində vəfat etdiyi məlum olmuş, buna görə də təcili tibbi yardım maşını vasitəsi ilə qohumunu Zərdab rayonuna dəfn üçün gətirmişdilər. X3 ailə üzvləri ona Həzinin nəfəs aldığını bildirdiyi üçün onu həmin təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi xəstəxanasına aparmışlar. Göyçay rayon Mərkəzi Xəstəxanasında ona Həzi Əhmədovun vəfat etdiyini bildirmişlər. Həzi Əhmədovun ailə üzvləri onun yarılmasını güman edib orada səs-küy yaratmış, o, onları sakitləşdirmək istəmişdir. Bu zaman polis əməkdaşları xəstəxanaya gəlmiş və orada səs-küy salan şəxsləri nizam intizama dəvət etmişlər. Yaxın qohumları hərəkətlərinə davam etdirdiyi üçün polis əməkdaşları onları polis şöbəsinə gətirmək istəyərkən polis əməkdaşlarına müdaxilə etdiyi üçün onu da polis şöbəsinə gətirdilər. Törətdiyi əməldən peşmandır. İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi X2 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay şəhər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının daxilində ucadan səs-küy salmış, onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etmişdir. X5 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da inzibati qaydada həbs edilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə tənbeh növü təyin edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası Şəxs oğlunun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-471/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-471/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver