Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-473/2022 17.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çaxırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən 17 avqust 2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədləri üzrə ümumilikdə 6186.03 manat borcunu üzürsüz səbəbdən tələbkara ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1433/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tutulub X2 verilməsi, eləcə də Göyçay Rayon Məhkəməsinin 2(046)-1134/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 1346.03 manat maddi ziyanın ondan alınaraq Göyçay rayon İcra və Probasiya Şöbəsinə ödənilməsi qət edilmişdir. Maddi imkanı olmadığından aliment borcunu və dəymiş ziyanı ödəmək iqtidarında deyil. Məhkmə baxışı zamanı müəyyən edilir ki, Əzizov X3 Rayon Məhkəməsinin 2(046)- 1433/2021 saylı xx.xx.2021-ci il tarixli və Göyçay Rayon Məhkəməsinin 2(046)-1134/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə 6186.03 manat borcu qalmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1433/2021 saylı xx.xx.2021-ci il tarixli və Göyçay Rayon Məhkəməsinin 2(046)-1134/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqlərini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara aliment borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 16:05-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-473/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-473/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver