Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-474/2023 21.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri 20 Yanvar küçəsində yaşayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X6 haqqında Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol (xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı) baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X6 xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazada operativ vergi nəzarətinin keçirilməsinə maneəçilik törətmişdir. X6 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən ehtiyat hissələr mağazasına vergi idarəsinin əməkdaşları gəlmişdir. Həmin vaxt əməkdaşlara vergi borcu olmadığını bildirmişdir. Lakin əməkdaşlar yoxlama aparacağlarını bildirmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Məhkəmədə şahid qismində ifadə vermiş X7 izahat verərək göstərmişdir ki, 9 saylı Ərazi Vergilır İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. X1 rayonu Cəyirli kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olur, vergi ödəyicisidir. X3 2022-ci ilin oktyabr ayında vergi borcu yaranmışdır. Buna görə də digər vergi müffəttişi ilə bilrikdə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində X4 məxsus Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən mağazaya operativ nəzarət ilə bağlı yoxlamaya getmişlər. Yoxlamanın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Mağazanın qarşısında X6 onların ünvanına nalayiq söyüşlər söyərək yoxlamanın keçirilməsinə mane olmuş, onları söyərək təhqir etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2, şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X6 xx.xx.2023cü il tarixdə saat 12 radələrində özünə məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən ehtiyat hissələr mağazasında yoxlamanın keçirilməsinə maneəçilik törətmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayon Cəyirli kəndi ərazisində ucadan nalayiq söyüşlər söymüş, vergi idarəsinin əməkdaşlarının yoxlama keçirilməsinə maneəçilik törətmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. X3 həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə X4 inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq X4 inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub Q ə r a r v e r d i: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat inzibati qaydada cərimə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-474/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-474/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver