Məhkəmə qərarları › İş №3(046)-475/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-475/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-475/2022 17.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X3 barəsində Göyçay rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X4 tərəfindən 17 avqust 2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, X3 icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-1349/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək göstərmişdir ki, icra vərəqəsi üzrə əmlaklardan bir ədəd Samsung markalı televizor ondadır. Həmin televizoru tələbkar X2 qaytarmaq istəsə də, icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusatlar üzrə icra məmuru tərəfindən araşdırılma aparılmamışdır. Tərtib edilmiş protokol natamamdır. Buna görə də tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən icra məmuru tərəfindən Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, icra vərəqəsi üzrə dəyəri 899 manat olan bir ədəd Samsung markalı televizor, mövcud olmadığı təqdirdə onun dəyəri tələbkara ödənilməsi göstərilmişdir. İcra məmuru tərəfindən yuxarıda göstərilən xüsusatlar araşdırılmamışdır. X3 barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Göyçay rayon İcra və Probasiya şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən göstərilən xüsusatlar inzibati icraat aparılan zaman icra məmuru tərəfindən nəzərə alınmamış, heç bir araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X3 barəsində Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Göyçay rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar