Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-477/2023 07.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri 20 Yanvar küçəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayon Cəyirli kəndi ərazisində ucadan nalayiq söyüşlər söymüş, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay RPŞ-nin inzibati binasında həyətində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndi ərazisində avtomobil ehtiyat hissələrinin satışını həyata keçirdir, vergi ödəyicisidir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Vergi müfəttişləri işlədiyi mağazaya gələrək onu 1000 manat cərimə edəcəklərini bildirmişlər. Həmin vaxt əsəbi olduğu üçün ucadan nalayiq söyüşlər söymüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə polis şöbəsinə dəvət edilmiş, əsəbi olduğu üçün polis şöbəsində əməkdaşların qanuni tələblərinə tabe olmamışdır.Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş X3 izahat verərək göstərmişdir ki, 9 saylı Ərazi Vergilır İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Şəxs Göyçay rayonu Cəyirli kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olur, vergi ödəyicisidir. Şəxs 2022-ci ilin oktyabr ayında vergi borcu yaranmışdır. Buna görə də digər vergi müffəttişi ilə bilrikdə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs məxsus Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən mağazaya operativ nəzarət ilə bağlı yoxlamaya getmişlər. Yoxlamanın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Mağazanın qarşısında Şəxs onların ünvanına nalayiq söyüşlər söyərək yoxlamanın keçirilməsinə mane olmuş, onları söyərək təhqir etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X1, şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 11 radələrində Göyçay rayon Cəyirli kəndi ərazisində ucadan nalayiq söyüşlər söymüşdür. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuşdur Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 11:10-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-477/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-477/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver