Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-48/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif vaxtlarda “tik-tok”, “facebook” və “instagram” sosial şəbəkəsində Azərbaycan polisinə, Azərbaycan hakimiyyətinə qarşı nalayiq ifadələr işlətmiş və millətin ayağa qalxması, mitinq və üsyan etməsi barəsində açıq çağırışlı ifadələr yazaraq internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində qadağan edilən informasiya yerləşdirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, icraatına xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Orxan Kərimovun raportu daxil olmuşdur. Həmin raporta əsasən baş təhqiqatçısı polis mayoru Orxan Kərimov rayon polis şöbəsinin rəisinə müraciət edərək, Göyçay rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nadir Cahangirov xx.xx.2025-ci il tarixdə raportla məruzə edərək Göyçay rayon Çayarxı kənd sakini Şəxs Məhyədin oğlunun sosial şəbəkədən istifadə etmə qaydasını pozmasını bildirmişdir. Həmin raport şöbənin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” xx.xx.2025-ci il tarixdə HK-1, 274 nömrəsi ilə qeydə alınmış, araşdırılması baş təhqiqatçı Orxan Kərimova həvalə edilmişdir. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs “facebook” sosial şəbəkəsində “Şəxs” adlı profili, “Tiktok” sosial şəbəkəsində “Şəxs” adlı profili, “İnstagram” sosial şəbəkəsində “tural_z_” adlı profili işlətmişdir. Şəxs qeyd edilən sosial şəbəkələrdə qeyd olunan profilləri ilə müxtəlif vaxtlarda Azərbaycan polisinin ünvanına təhqiredici, alçaldıcı, şər və böhtan xarakterli ifadələr yazmış, Azərbaycan hakimiyyəti barəsində xoşagəlməz sözlər, hakimiyyət əleyhinə təhqiredici sözlər, millətin ayağa qalxması, mitinq və üsyan etməsi barəsində açıq çağırışlı ifadələr yazmışdır. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işi başlanması rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi üçün ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, təxminən 2014-cü il tarixində sosial şəbəkə vasitəsi ilə müəyyən məlumatlar yaymış, lakin yaydığı həmin məlumatların heç biri yadında qalmamışdır. Törətdiyi əməlindən peşmandır. X2 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edir. Törətdiyi əməlindən peşmandır. Buna görə də göstərilənləri nəzərə alıb onun barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müxtəlif vaxtlarda “tik-tok”, “facebook” və “instagram” sosial şəbəkəsində Azərbaycan polisinə, Azərbaycan hakimiyyətinə qarşı nalayiq ifadələr işlətmiş və millətin ayağa qalxması, mitinq və üsyan etməsi barəsində açıq çağırışlı ifadələr yazaraq internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində qadağan edilən informasiya yerləşdirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Göyçay rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Foto şəkillərdən görünür ki, Göyçay rayonu, Çayarxı kənd sakini Şəxs “tik-tok”, “facebook” və “instagram” sosial şəbəkəsində Azərbaycan polisinə, Azərbaycan hakimiyyətinə qarşı nalayiq ifadələr işlətmiş və millətin ayağa qalxması, mitinq və üsyan etməsi barəsində açıq çağırışlı ifadələr paylaşmışdır. Mingəçevir şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.. 388-1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 388-1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar; 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, onun tərəfindən sosial mediada yazılan şərhlər və edilən paylaşımlarda həm təhqiredici məlumatların yayılmasının həm də insanların hakimiyyətə qarşı qalxmasına təbliğ edən çağırışların mövcüdluğu müşayidə olunur. Şəxs əməlində inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbs etmənin əvvəli 05 fevral 2025-ci il tarixdən saat 17:35-dən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən saat 17:35-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X6 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-48/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-48/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver