Məhkəmə qərarları › İş №3(046)-482/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-482/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-482/2022 13.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, şikayətçi X2 və İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 iştiraki ilə, İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:36-da da İsmayıllı şəhəri H.Əliyev prospektində KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən ona Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərinə riayət edilməməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən baxılmış və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati tənbeh edilməyinə əsas İsmayıllı şəhəri H.Əliyev prospektində yol nişanının tələblərinə riayət etməməyi olmuşdur. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edən YPX-nin əməkdaşı ona istinad olunan inzibati xəta törətməyini təsdiq edən hər hansı sübutu, yəni foto və videogörüntünü, hal şahidini təqdim etmədən, heç bir sübuta əsaslanmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə qərarından şikayət verilmiş İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X3 izahat verərək göstərmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən dairəvi hərəkət zolağına daxil olmuş və digər nəqliyyat vasitəsinə yol verməyərək, Yol Hərəkəti haqqında qanun tələblərini pozmuşdur. Bununla bağlı X6 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmin protokola əsasən inzibati qərar qəbul edilərək inzibati qaydada 40 manat cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsinə, İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına və digər iş materiallara baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə saat 17:36-da İsmayıllı şəhəri H.Əliyev prospektində KİA CERATO markalı, **-FB-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərində X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun hansı maddəsinin tələbinin pozduğunun müəyyən edilməsi ilə bağlı Məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasının keçirilməsindən imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş suallar ekspertin zəruri biliyindən kənara çıxdığına ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş inzibati qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 hüquq və vəzifələrinin izah edilməmiş və ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğunu, inzibati xətanın hansı şəraitdə torədilməsi, inzibati xətanın baş verdiyi yerin sxemi tərtib edilməmiş, baş vermiş hadisədə təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ona istinad edilən inzibati xəta ilə yerində razılaşmamış və öz etirazını bildirmişdir. Belə olan halda inzibati xəta hadisəsinin baş verdiyi yerin sxemi tərtib edilmədən qərar qəbul edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə X2 yol verdiyi inzibati xətanın mahiyyəti qərarda müəyyən olunmamış, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun hansı maddəsinin tələbinin pozulması qeyd edilməmişdir. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə Ramil Ömərov ona istinad edilən əmələ görə öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Bun görə də məhkəmə hesab edir ki, qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə X2 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X6 barəsində inzibati xəta protokolu üzrə qərar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, hadisənin baş verdiyi yerin sxeminin tərtib edilməməsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X2 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X4 istinad edilən inzibati xətanın araşdılması hüququnu məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti qismən təmin edilməli, X6 barəsində İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolu üzrə 40 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, xx.xx.2022-ci il tarixli, İXP № ******* inzibati xəta haqqında protokol yenidən baxılması üçün vəzifəli şəxsə, yəni İsmayıllı rayon X5 X8 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta protokolu əsasında X2 40 manat cərimə edilməsinə dair İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. İsmayıllı rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən X6 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta protokolu üzrə inzibati araşdırma aparılmaqla yenidən baxılması üçün İsmayıllı rayon X5 X8 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar