Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-484/2024 13.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunun 1-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İ qrup əlil, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338-1.1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 2024-cü ilin mart ayında Göyçay RİH başçısı Natiq Ağayevin və Zərərçəkmiş şəxs şəkillərini montaj edərək Facebook sosial şəbəkəsində özünə məxsus “GöyçaydanAzərbaycana” xəbərlər qrupunda “X1” profil adı altında paylaşmışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Facebook sosial şəbəkəsində “GöyçaydanAzərbaycana” xəbərlər qrupunu yaratmış, həmin qrupun 3445 üzvü vardır və hazırda həmin qrupun rəhbəridir. Həmin qrup bütün istifadəçilər üçün açıq olmuşdur. Qrupda tanımadığı və bilmədiyi sosial şəbəkə istifadəçisi “X1” profil adı altında Göyçay başçısı Natiq Ağayevin və Zərərçəkmiş şəxs şəkillərini montaj edərək paylaşım etmişdir. Həmin paylaşımın kim tərəfindən edildiyini bilmir. Paylaşımı gördükdən dərhal sonra qrupundan silmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də inzibati xəta haqqında protokol üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Foto şəkildən və DVD-disk görüntüsündən görünür ki, 2024-cü ilin mart ayında Şəxs məxsus Facebook sosial şəbəkəsində “GöyçaydanAzərbaycana” xəbərlər qrupunda “X1” profil adı altında Göyçay RİH başçısı Natiq Ağayevin və Zərərçəkmiş şəxs şəkilləri montaj edilərək paylaşılmış, qeyd edilən paylaşım 3445 nəfər sosial şəbəkə istifadəçisi olan “GöyçaydanAzərbaycana” xəbərlər qrupda yayılmışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: Həmin qanunun 13-2.3.9-cü maddəsinə əsasən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: Həmin Məcəllənin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Facebook sosial şəbəkəsində Göyçay RİH başçısının və Zərərçəkmiş şəxs şəkillərinin montaj edilərək “X1” profil adı altında paylaşım edilməsi böhtan xarakterli məlumatdır. Belə ki, qeyd edilən məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Facebook sosial şəbəkəsində istifadəsində və idarə etməsində olan “GöyçaydanAzərbaycana” xəbərlər qrupunda “X1” profili tərəfindən Göyçay RİH başçısının və Zərərçəkmiş şəxs şəkillərinin montaj edilərək yayılmasının qarşısını almamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Şəxs İ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 04 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, İ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 338-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 04 saata görə hesablanmış 24manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-484/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-484/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver