Məhkəmə qərarları › İş №3(046)-485/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-485/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-485/2022 05.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Göyçay rayon İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayon İcra Hakimiyyətinin mülkiyyətində olan CHEVROLET NİVA markalı **-AA-*** dövlət nömrəli avtomobil xx.xx.2022-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 214 km-də təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Göyçay rayon İcra Hakimiyyəti CHEVROLET NİVA markalı **-AA-*** dövlət nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə təqdim etməmişdir. Tərəflərə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Göyçay rayon İcra Hakimiyyətinin mülkiyyətində olan CHEVROLET NİVA markalı **-AA-*** dövlət nömrəli avtomobil xx.xx.2022-ci il tarixdə Bakı-Şamaxı- Yevlax yolunun 214 km-də idarə etmiş şəxs barəsində məlumatların 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Göyçay rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay rayon İcra Hakimiyyəti həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Göyçay rayon İcra Hakimiyyətinə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq Göyçay rayon İcra Hakimiyyətinə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Göyçay rayon İcra Hakimiyyətinə İXM-nin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar