Məhkəmə qərarları › İş №3(046)-485/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-485/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-485/2025 23.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Göyçay rayonu Mırtı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddəsi ilə Göyçay PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3. və 510-cü maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən RPŞ-nin qarşısında idarə etdiyi VAZ-2106 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxardaraq və yolun səthində çoxsaylı təkər izlərinin buraxaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, eləcə də həmin vaxt RPŞ-nin inzibati binasının həyətinə sərxoş vəziyyətdə daxil olaraq, ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki,əvvəllər DİN-nin əməkdaşı olmuşdur. xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmiş, saat 4 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən RPŞ-nin qarşısında idarə etdiyi avtomobili yerindən sürətləndirmişdir. Daha sonra keçmiş iş yoldaşları ilə görüşmək üçün RPŞ-nin inzibati binasına daxil olmuş, spirtli içki qəbul etdiyi görən polis əməkdaşları ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşları onu saxlayaraq növbətçi hissəyə təhvil vermişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş, X1 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXB-nin polis baş serjantıdır. xx.xx.2025-ci il tarixdə digər polis əməkdaşı Dinar Rəsulov ilə Göyçay RPŞ-nin NBM-də xidmətdə olarkən saat 04 radələrində Şəxs özünə məxsus VAZ-2106 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil ilə ucadan mahnı qoşaraq polis şöbəsinin qarşısına gəlmiş, avtomobil ilə RPŞ-nin qarşısında ziqzaqvari və sürətli hərəkətlər edərək oradan uzaqlaşmış, daha sonra RPŞ-nin qarşısına gələrək əlində spirtli içki ilə NBM-dən polis şöbəsinin inzibati binasına daxil olmaq istəmiş, onun nizam-intizama dəvət edərək polis şöbəsinin inzibati binasından uzaqlaşdırmaq istəyərkən ucadan nalayiq ifadələr işlətməyə başlamış, qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş X2 və X3 şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. İnzibati işin materiallarına əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən RPŞ-nin qarşısında idarə etdiyi VAZ-2106 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxardaraq və yolun səthində çoxsaylı təkər izlərinin buraxaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, eləcə də həmin vaxt RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 04:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləninin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, şəxsiyyətini, səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məxsus sürücülük vəsiqəsi təyin edilmiş 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tənbehinin icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Yevlax 7 saylı rayonlararası X4 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362, 365, 367, 425, 430, 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddələri ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs təyin edilsin. . Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 04:55-dən hesablansın. Qərarın icrası inzibati həbs hissədə Göyçay rayon Polis Şöbəsinə, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar