Məhkəmə qərarları › İş №3(046)-487/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-487/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-487/2024 14.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Göyçay RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs X1 Müdafiəçi Nümayəndə iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Potu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Göyçay rayon Potu kəndində yaşayır. X5 ilə aralarında mülki mübahisə vardır. xx.xx.2024cü il tarixdə saat 20 radələrində yaşadıqları evdə olarkən, Səvaxət və atası qapılarının ağzına gəlmiş, küçədə onun ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra ora polis əməkdaşları gəlmişdir. Həmin vaxt heç kimi söyməmiş, təhqir etməmiş, polis əməkdaşlarının tələblərinə tabe olmuş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir.. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 göstərmişdir ki, Göyçay rayon Potu kəndində yaşayır. Potu kəndi ərazisində pay torpaq sahəsi vardır. Şəxs ilə aralarında mülki mübahisə vardır.xx.xx.2024-cü il tarixdə saat 20 radələrində pay torpaq sahəsinin yerləşdiyi ərazidə küçədə Şəxs və atası Əlisaab Qafarov onu və atası Əlikramı nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin vaxt 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları həmin yerə gəlmiş, lakin Pərviz onu söyüb təhqir etməyə davam etmişdir. Polis əməkdaşları onu sakitləşdirib nizam-intizama dəvət etmiş, lakin Pərviz öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının tələblərinə tabe olmamış, onları da söyüb təhqir etmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin İTB-nin rəisi X6 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində X1 müraciətinə görə növbətçi hissədən daxil olmuş məlumat əsasında Göyçay RPŞ-nin PPX-nin tağım komandiri polis baş leytenantı X7 və Göyçay RPŞ-nin PPX-nin polis nəfəri polis serjantı X11 ilə birlikdə Göyçay rayon Potu kəndində yerləşən X2 məxsus bağ sahəsinin kənarına getmişlər. Hadisə yerinə çatan zaman Şəxs ucadan X3, dövlət orqanlarını, polis əməkdaşlarını və digər rəhbər şəxslərin ünvanına nalayiq söyüşlər söymüşür. Həmin vaxt onu nizamintizama dəvət etmək istəyərkən Pərviz qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin PPX-nin tağım komandiri polis baş leytenantı X10 və Göyçay RPŞ-nin PPX-nin polis nəfəri polis serjantı X11 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bunda başqa müdafiəçi Nümayəndə iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 04 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini,törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. 04 saata görə hesablanmış 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar