Məhkəmə qərarları › İş №3(046)-489/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-489/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-489/2025 24.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay şəhəri M.Muradov küçəsi ev 78-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-ci maddəsi ilə Göyçay rayonu Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2015-ci il tarixdə saat 03 radələrində Göyçay şəhəri S.Xəlilov küçəsində hərəkətdə olarkən idarə etdiyi VAZ 21011 markalı **- BA-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 məxsus məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin daş hasarını uçurdaraq sonuncuya maddi ziyanlıq yetirmiş, bundan başqa avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül xəsarət vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi ‘Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhər Ə.Kərim parkının qarşısından 2 nəfər sərnişin götürüb, həmin sərnişinləri Göyçay rayon Ərəbcəbirli kəndi ərazisində yerləşən evlərinə apararkən, Göyçay şəhər, S.Xəlilov küçəsi ilə hərəkətdə olarkən avtomobili yüksək sürətlə idarə etmiş və idarə etməni itirməyi səbəbindən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin daşla hörülü vəziyyətdə olan hasarına avtomobil ilə vurub uçurmuş, həyətdə dayanmış vəziyyətdə olan nəqliyyat vasitəsinə ziyan yetirmiş, eləcə də avtomobildə sərnişin kimi olan Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışdır. Törətdiyi əməlindən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə olarkən qəza səsi eşidərək çölə çıxdıqda, Şəxs idarə etdiyi “Vaz21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun yaşadığı evin həyətyanı sahəsinin daş hasarını dağıtdığını görmüş, həyətində dayanmış vəziyyətdə olan avtomobilinə də ziyan dəymişdir. Baş vermiş hadisə zamanı ona 1500 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Göyçay şəhər, Ə.Kərim parkının qarşısından tanışı Əziz adlı şəxs ilə birlikdə Göyçay rayon Ərəbcəbirli kəndi ərazsində yerləşən yaşadıqları evə getmək üçün Şəxs idarə etdiyi “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşmişlər. Göyçay şəhər, S.Xəlilov küçəsi ilə hərəkətdə olarkən Əli idarəetməni itirmiş, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin divarını uçuraraq həyətə daxil olmuşdur. Baş vermiş hadisə zamanı yüngül bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan ödənilmişdir. Şəxs şikayəti və tələbi yoxdur. İnzibati materiala əlavə edilmiş Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay rayon X1 X2 göndərilsin. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 697 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcədə sərxoş olmuşdur. Məhkəmə-tibbi ekspertizasına təqdim edilmiş, MTE və PAB-nin publik hüquqi şəxsi Göyçay rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlərsağ diz oynağının ön bayır və sağ baldırın yuxarı 1/3-nin bayır səthlərini əhatə edən dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən müddətə uyğun gəlir. Səhhətin qısa müddətli pozulması ilə nəticələn yüngül zərər vurmaya aiddirlər. İş üzrə inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 01 ay müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar