Məhkəmə qərarları › İş №3(046)-49/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-49/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-49/2023 16.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3 və müdafiəçi Vəkil iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şəhadət kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Prokuroluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, Şəxs 03 dekabr 2022-ci il tarixdə saat 18:03-də yaşadığı Göyçay rayonu Şəhadət kəndində yerləşən fərdi yaşayış evinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, Göyçay RPŞ-nə məxsus xidməti avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, X1 ilə qeyri rəsmi nikahdadır. Onunla birlikdə Göyçay rayon Şəhadət kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları yaşadıqları evə gəlmişlər, küçədə polis əməkdaşları Anarın izahatını almaq istəyərkən, ona qarşı zor tətbiq etmişlər. Bundan əsəbləşərək, nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Eləcə də polis əməkdaşlarının idarə etdiyi xidməti avtomobilin ön şüşəsini daş parçası ilə vuraraq əzmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Baş vermiş hadisəyə görə polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X6 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Vüqar Qafarovun icraatına Göyçay rayonu Potu kənd sakini X2 ərizəsi daxil olmuşdur. Həmin ərizədə X9 adlı şəxsin ona 500 manat pul borcunun olduğunu və həmin şəxsin onu telefon vasitəsi ilə narahat etdiyini bildirmişdir. Həmin ərizənin icrası ilə bağlı Anar Cəbiyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Vüqar Qafarov əlaqə saxlamış, telefonda Anar Cəbiyevə barəsində şikayət olduğunu. bu səbəbdən polis şöbəsinə yaxınlaşmasını Vüqar Qafarov ondan xahiş etmişdir. Polis kapitanı Vüqar Qafarov telefonda danışığı yekunlaşdırdıqdan sonra Anar Cəbiyevin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini, izahat vermək üçün polis şöbəsinə gəlməyəcəyini dediyini o və polis serjantı Əliağa Həmidova bildirmişdir. Bu səbəbdən Anar Cəbiyevin izahatını almaq üçün İTB-nin polis sahə rəisi, polis kapitanı Vüqar Qafarov və İTB-nin polis nəfəri, polis kiçik serjantı Əlağa Həmidov ilə birlikdə Anar Cəbiyevin yaşadığı ünvana getmişlər. Həmin vaxt Anar Cəbiyevin həyat yoldaşı Şəxs küçəyə çıxaraq heç bir səbəb olmadan ucadan polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və daha sonra yaşadığı ünvana qayıtmışdır. O və onunla olan digər iki polis əməkdaşı həmin ünvandan uzaqlaşmamış Göyçay RPŞ-nin xx.xx.2022-ci il tarixdə xidmətdə olan əməliyyat-istintaq qrupu həmin ünvana gəldiyini, əməliyyat-istintaq qrupunda Növbətçi Hissənin sürücüsü polis baş serjantı, polis nəfəri İlqar İbrahimov, CAB-ın əməliyyat müvəkkili, polis mayoru Vüqar Hüseynov, TB-nin təhqiqatçısı, polis baş leytenantı Rüstəm Xəlilov və İTB-nin polis sahə rəisi polis mayoru Şahin Xalidovun olduğunu görmüşdür. Polis əməkdaşları ona DİN-nin 102 xidmətindən Anar Cəbiyevin intihar etmək istəməsi barədə məlumat daxil olduğunu və Anar Cəbiyevin ərizəsini almaq üçün gəldiklərini bildirmişlər. Həmin vaxt əməliyyat-istintaq qrupunun üzvləri Anar Cəbiyevin qapısını döyərək özlərini təqdim edib Anar Cəbiyevə DİN-in 102 xidmətinə Göyçay RPŞ-nin qarşısında özünü yandıracağı ilə bağlı verdiyi məlumat əsasında ərizəsini almaq üçün gəldiklərini bildirmişlər. Anar Cəbiyev bir neçə dəqiqədən sonra qapısının ağzına, yəni küçəyə çıxmışdır. Həmin vaxt təhqiqatçı X13 Cəbiyevə etdiyi müraciətlə bağlı ərizə vermək hüququnun olmasını bildirmişdir. Həmin zaman Anar Cəbiyevin arvadı Şəxs küçəyə çıxaraq Anarın heç yerə aparılmayacağını bildirib Anara sarılıb ucadan səs-küy salaraq ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Anar Cəbiyev də onun bu hərəkətlərinə qoşularaq ucadan səs-küy yaratmağa, ətrafdan digər şəxslərin diqqətini özlərinə cəlb etməyə başlamışdır. Polis əməkdaşları və o, vətəndaşları sakitləşdirməyə, qanuna riayət etməyə dəvət etsələr də, Anar Cəbiyev və arvadı Şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərini riayət etməmişlər. Daha sonra Şəxs əsəbi şəkildə yerdə olan daş parçalarını götürüb Göyçay RPŞ-nin Növbətçi Hissəsinə təhkim edilmiş **-PX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobilin qabaq alın şüşəsinə ataraq şüşəni sındırmış, sonra həyətlərində olan beli əlinə alaraq sözlə polis əməkdaşlarına Anarın heç yerə getməyəcəyini, yoxsa pis olacağını deyib hədə qorxu gəlməyə başlamışdır. X10 polisin qanuni tələbinə tabe olmaması, arvadı Şəxs da ucadan səs-küy salması qonşuluqda yaşayan ailələrin narahatçılığına səbəb olacağından Anar Cəbiyev və Şəxs qanunsuz hərəkətlərinə görə barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş polis mayoru X7 və polis baş leytenantı X4 şahid X6 ilə eyni məzmunli izahat vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında Volqa MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Chevrolet Niva” markalı avtomobilə 170 manat maddi ziyan dəymişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən ğzgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, himayəsində iki azyaşlı uşağın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Göyçay RPŞ-nin Növbətçi Hissəsinə təhkim edilmiş **-PX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobilə dəymiş ziyan olan 170 manat Şəxs alınaraq Göyçay rayon Polis şöbəsinə ödənilməlidir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə təyin edilsin. Göyçay RPŞ-nin Növbətçi Hissəsinə təhkim edilmiş **-PX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobilə dəymiş ziyan olan 170 manat Şəxs alınaraq Göyçay rayon Polis şöbəsinə ödənilsin. Qərarın icrası Şəxsnun qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 01 (bir) saata görə hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar