Məhkəmə qərarları › İş №3(046)-49/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-49/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-49/2024 10.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Göyçay rayonu, Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2700 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 10 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2700 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra borclu Qasımov X3 Axundov adlı şəxs vasitəsi ilə 1200 manat ödəniş etmişdir. Tələbkar 1200 manat məbləğində ödənişi qəbul etsə də, borc məbləğini tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu Şəxs isə qalan məbləği birdəfəyə ödəməyə maddi imkanı olmamışdır. Beləliklə, onlar arasında razılıq əldə edilməmiş, icra sənədinin icra olunması istiqamətində çətinliklər yaranmışdır. Buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Hal-hazırda borclu tələbkarla razılığa gələrək 1545 manat pulu xx.xx.2024-cü il tarixə ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)- 934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 2700 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu olduğu 1200 manat pulu Böyükağa adlı şəxslə birlikdə aparıb tələbkar Zərərçəkmiş şəxs vermişdir. Qalıq borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Hal-hazırda tələbkarla razılığa gələrək borclu olduğu 1545 manat pulu xx.xx.2024-cü il tarixdə tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu Şəxs ona borclu olduğu puldan 1200 manat ödəniş etmişdir. Daha sonra qalıq 1545 manat pulu ödəməmişdir. Dəfələrlə borluya zəng edərək borclu olduğu pulu tələb etməsinə baxmayaraq o, onun zənglərinə cavab verməmişdir. Hal-hazırda borclu Şəxs qarşı tələb etdiyi 1545 manat pulu xx.xx.2024-cü il tarixə qaytarılması ilə bağlı onunla razılığa gəlmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 2700 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İşdə olan tələbkar Zərərçəkmiş şəxs 10 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs qarşı tələb etdiyi 1545 manat pulu xx.xx.2024-cü il tarixə qaytarılması ilə bağlı razılığa gəlmişlər. Şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada göründüyü kimi, borclu Şəxs tərəfindən Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrası qaydasında tələbkara cəmi 1200 manat ödənilmiş, onun 1545 manat borcu qalmışdır. Tələbkar yaranmış borcun xx.xx.2024-cü il tarixə ödənilməsinə etiraz etməmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Bunun əksinə olaraq borclu Şəxs sözügedən icra vərəqəsinin icrası qaydasında 1200 manat ödəniş etmiş, qalan borcun xx.xx.2024-cü il tarixdə ödənilməsi ilə bağlı tələbkarla razılıq əldə etmişdir. Məhkəmə borclu Şəxs Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)- 934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsini böyük ölçüdə icra etdiyini, qalan məbləğin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəldiyini nəzərə alıb hesab edir ki, onun əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-934/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar