Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-49/2025 24.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, , orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Göyçay rayonu Potu kəndində yerləşən çayxanada pul müqabilində kart ilə qumar oynamışdır. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Potu kəndində çayxana işlədir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində tanışı X1 ilə çayxanada pul müqabilində kart ilə qumar oynamışdır. Törətdiyi əməldən peşmandır. Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş 01 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Göyçay rayon Çərəkə kəndində Şəxs işlətdiyi kafedə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Oyun zamanı 36 ədəd oyun kartı və 2 (iki) ədəd 0.50 qəpik pul götürülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Göyçay rayon polis şöbəsində izahat verərək xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Göyçay rayonu Potu kəndində X1 ilə birlikdə kafedə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etdiyini etiraf etmişdir. Foto şəkilin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 və Şəxs qarşısında oyun kartları və pul aşkar edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Potu kəndində yerləşən çayxanada xx.xx.2025-ci il tarixdə saat 01 radələrində tanışı Ruslan ilə qumar oyununda iştirak etmiş, qumar oynayarkən stolun üzərində 2 ədəd 0.50 qəpik məbləğində pul və 36 ədəd kart olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini və törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan kartlar və qumara qoyulmuş 35 manat pul müsadirə edilməklə cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa iş üzrə maddi sübut olan 36 ədəd kağız kartın və 2 ədəd 0.50 qəpik məbləğində pul vəsaitinin Göyçay rayon Məhkəməsinin 3(046)-50/2025 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə təqsirli bilinib ona 36 ədəd kart və 2 ədəd 0.50 qəpik məbləğində pul müsadirə edilməklə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-49/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-49/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver