Məhkəmə qərarları › İş №3(046)-491/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-491/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-491/2024 20.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq Göyçay şəhərində, məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ilə H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes Benz C 240 markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətlə olarkən yol ayrıcında stop nişanın tələbinə riaət etməmiş, Zərərçəkmiş şəxs məxsus VAZ 2105 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ilə H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes Benz C 240 markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətlə olarkən yol ayrıcında stop nişanın tələbinə riaət etməmiş, Zərərçəkmiş şəxs məxsus VAZ 2105 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində şəhəri R.İsayev küçəsi ilə H.Əliyev prospektində Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes Benz C 240 markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla stop nişanın tələbinə riaət etməmiş, ona məxsus VAZ 2105 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Hazırda Şəxs ilə barışmışdır. Buna görə də Şəxs şikayət və tələbi yoxdur. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 2105 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1107 manat maddi ziyan dəymişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar