Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-492/2022 25.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati material baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə inzibati xətanı törətmiş şəxs hesab edilən Şəxs məhkəməyə Göyçay Poçt filialı vasitəsi ilə teleqrama göndərərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə olan inzibati materialın baxılması üçün yaşayış yeri üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Təqdim edilmiş Şəxs şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri İsmayıllı rayon N.Səmədli küçəsi, ev.44-də yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati materialı baxılması üçün onun yaşayış yeri üzrə İsmayıllı rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta protokolu üzrə material aiddiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-492/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-492/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver