Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-5/2024 08.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X6 oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsinə əsasən inzibati tənbeh tədbiq edilmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Qeyd edir ki, sözügedən qərarın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərardan onun məlumatı yalnız Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən şifahi qaydada məlumat verilməsindən sonra olmuşdur. Bundan sonra o, banka xx.xx.2023-cü il tarixində rəsmi qaydada müraciət edərək, sözügedən qərarın surətinin ona rəsmi qaydada verilməsini tələb etmişdir. Bankın cavabı ona xx.xx.2023-cü il tarixində çatmışıdır. Bank Qərarı ona rəsmi qaydada göndərdiyini bildirsə də, tərəfindən qoşmaya əlavə edilən poçt qəbzinin surətinə görünür ki, sözügedən qərarın göndərilməsi barədə məktub ümumiyyətlə kiminsə tərəfindən qəbul edilməmişdir. Bu əsasla da o qərarı rəsmi qaydada xx.xx.2023-cü il tarixində almış və qərardan şikayət etməklə bağlı müddəti ötürməmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə xaricə 19036 00 ABŞ dolları məbləğində köçürmə etmiş və güya həmin köçürmənin qarşılığında 2 il ərzində ölkəyə malları idxal etməmişdir. Qərarda qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, o, xx.xx.2021-ci il tarixli 19036.00 ABŞ Dolları məbləğində olan köçürmənin əvəzində xx.xx.2021-ci il tarixli, **********4324 sorğu nömrəli Gömrük bəyannaməsinə əsasən, ümumi invoys dəyəri 19036.00 ABŞ dolları olan malları ölkəyə idxal etmişdir. Bu əsasla da bankın ona qarşı irəli sürdüyü inzibati xətaya səbəb olan əməlin maddi tərkibi yaranmır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X5 tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, X3 tərəfindən xx.xx.2021-ci il tarixdə avans yolu ilə köçürülmüş 1936.00 ABŞ dolları məbləğində vəsait hesabına mallar ölkəyə idxal olunmuşdur. «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, sadəcə hər-hansı bir səbəbdən onların vaxtında banka təqdim edilməməsi İXM-nın 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, hazırki inzibati xəta hesab edilən hadisədə X3 tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Belə ki, X3 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş **********4324 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X3 tərəfindən 19036.00 ABŞ dolları məbləğində xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş vəsait hesabına alınan malları qabaqcadan xx.xx.2021-ci il tarixdə qanunla nəzərdə tutulmuş 2 il müddət keçmədən tam şəkildə ölkəyə idxal edilmişdir. Göründüyü kimi, X3 öz növbəsində həmin fiziki şəxsin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-5/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-5/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver