Məhkəmə qərarları › İş №3(046)-50/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-50/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-50/2021 25.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göyçay Göyçay rayonunun Bığır kəndində yaşayan X2 Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati qərar üzrə İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini müdafiə edərək göstərmişdir ki, qərarı qanunsuz və əsassız hesab edir ona görə ki, xx.xx.2020-ci il tarixdə saat 12:15 radələrində etibarnamə ilə idarə etdiyim VAZ 21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Göyçay rayonu Göyçay-Bərgüşad yolu ilə Natavan küçəsinin kəsişməsində işıqforun qırmızı işığında ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərkətə başlayaraq onun hərəkət zolağına çıxmış və həmin nəqliyyat vasitəsi ilə idarə etdiyi nəqliyyat vasitəsi toqquşaraq hadisə baş vermişdir. Hadisə yerinə ** YP *** dövlət qeydiyyat nömrəli YPX-nin əməkdaşı X3 gəmiş, hadisə yerinin fotaşəkilini çəkərək avtomobiləri hadisə yerindən götürməkləri tələb etmişdir. Göyçay rayon polis şöbəsində YPX-nin polis kiçik serjantı X8 günahkarın onun olduğumu bildirmiş, YPX inspektoruna «Svetoforun və ya nizamlayıcının qadağanedici» nişanının tələbini pozmadığını, qanunla müəyyən olunmuş qaydada nəqliyyat vasitəsini idarə etdiyini bildirsə də, buna məhəl qoymayaraq və Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsilə təqsirli bilinib 60 (altımış) manat inzibati cərimə olunmağı barədə qərar qəbul etmişdir. Barəsində Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsi ilə inzibati xəta haqqında protokolun yazılmasına əsas olan «Svetoforun və ya nizamlayıcının qadağanedici» işarəsi verilərkən hərəkətin davam etdirməsi şərhini zəruri hesab edir. Çünki hadisə baş verən vaxt YPX-nin polis kiçik serjantı X1 hadisənin baş verməsi barədə görüntüləri tələb etsə də polis serjantı sözügedən hadisənin görüntüləri qeydə alınmadığını bilirmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X15 müraciət edərək YPX-nin polis kiçik serjantı X7 qanunsuz tərtib etdiyi xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmiş, Daxili İşlər Nazirliyi Baş Dövlət X17 xx.xx.2021-ci il tarixli 3176 İ-4221 nömrəli məktubuna əsasən müraciətimə baxılması üçün Göyçay rayon Polis şöbəsinə göndərilmiş və nəticəsi barədə ona məlumat verilməsi göstərilsə də hazırkı vaxta kimi müraciətinə Göyçay rayon polis şöbəsi tərəfindən heç bir cavab verilməmişdir. Beləliklə AR DİN BDYPİ V Tağımının YPX inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli qərarı qanunsuz olaraq tərtib edilmiş, hadisənin onun və yaxuda ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən tərəfindən törədilməsi subut və dəlillə əsaslanmamışdır. Buna görə də, məhkəmədən hadisə olan vaxtı işıqforun yaxınlığında yerləşən kamera görüntülərini Daxili İşlər Nazirliyi Baş Dövlət X12 tələb etməsini zəruri hesab edir. Həmin görüntülərdə hadisənin onun tərəfimdən törədilmədiyi açıq-aşkar qeydə alınmışdır. Belə ki, hadisə baş verən zaman svetoforun göy işığından sarı işığına keçəndə hərəkət etmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Göyçay rayon Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati qərarı ləğv edilsin. Məhkəmə baxışında izahat vermiş Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 göstərmişdir ki, xx.xx.2010-ci il tarixdə saat 12:15 radələrində X10 etibarnamə ilə idarə etdiyi QAZ31 markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobil ilə işıqforun yaşıl işığında Göyçay rayonu, Göyçay-Bərgüşad yolu ilə hərəkətdə olarkən X9 etibarnamə ilə idarə etdiyim VAZ 21074 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri Natəvan küçəsində işıqforun qırmızı işığında hərəkət edərək X5 idarə etdiyi QAZ31 markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisəyə görə xx.xx.2020-ci il tarixdə X9 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə TP4092723 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərar X6 həmin gün təqdim edilmiş, qərarın alınması ilə bağlı X13 inzibati qərarı imzalamışdır. Təqdim edilmiş Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və əlavə edilmiş X2 izahatından görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyindən 60 manat inzibati qaydada cəirmə edilmiş, qərarın surəti xx.xx.2020-ci il tarixdə X6 təqdim edilmiş, X9 inzibati qərarı alması barədə imza atmış, izahatında yol kəsişməsindəki işıqforun sarı işığından qırmızı işığına keçən zaman toqquşma baş verdiyini qeyd etmişdir. İş üzrə şikayətçini dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X9 Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Belə ki, X9 məhkəmə baxışı zamanı izahat verərək işıqforun yaşıl işığının sönməsinə 2-3 sayniyə qalmış hərəkətdə olduğunu bildirməsin baxmayaraq, hadisə baş verən zaman izahat verərkən yol kəsişməsindəki işıqforun sarı işığından qırmızı işığına keçən zaman toqquşma baş verdiyini göstərmişdir. Bundan başqa X9 həmin qərarı xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarı imzalayaraq almış,xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. X9 şikayət vermə müddətini 1 aydan çox buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X2 barəsində Göyçay rayon PŞ-nin YPX-nin inspektoru X8 tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair tələbi təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar