Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-50/2023 16.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2 və müdafiəçi Vəkil iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şəhadət kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Prokuroluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, Şəxs 03 dekabr 2022-ci il tarixdə saat 18:03-də yaşadığı Göyçay rayonu Şəhadət kəndində yerləşən fərdi yaşayış evinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı ona zəng edərək, barəsində şikayət olduğunu və buna görə də polis şöbəsində gəlməli olduğunu bildirmişdir. Polis əməkdaşına “niyə polis şöbəsinə gəlməliyəm?” deyərək etirazını bildirmiş, bundan sonra polis əməkdaşı onu təhqir etmişdir. Daha sonra həmin gün saat 17 radələrində DİN-nin 102 xidmətinə zəng edərək özünü öldürəcəyini bildirmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. Küçədə izahatını almaq istəyərkən, içkili olduğu üçün ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu sakitləşdirmək istəyərkən, onların qanuni tələblərinə tabe olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Baş vermiş hadisəyə görə polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Vüqar Qafarovun icraatına Göyçay rayonu Potu kənd sakini X1 ərizəsi daxil olmuşdur. Həmin ərizədə X7 adlı şəxsin ona 500 manat pul borcunun olduğunu və həmin şəxsin onu telefon vasitəsi ilə narahat etdiyini bildirmişdir. Həmin ərizənin icrası ilə bağlı Şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Vüqar Qafarov əlaqə saxlamış, telefonda Şəxs barəsində şikayət olduğunu. Bu səbəbdən polis şöbəsinə yaxınlaşmasını Vüqar Qafarov ondan xahiş etmişdir. Polis kapitanı Vüqar Qafarov telefonda danışığı yekunlaşdırdıqdan sonra Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini, izahat vermək üçün polis şöbəsinə gəlməyəcəyini dediyini o və polis serjantı Əliağa Həmidova bildirmişdir. Bu səbəbdən Şəxs izahatını almaq üçün İTBnin polis sahə rəisi, polis kapitanı Vüqar Qafarov və İTB-nin polis nəfəri, polis kiçik serjantı Əlağa Həmidov ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəxs həyat yoldaşı Gülnaz Dəmirova küçəyə çıxaraq heç bir səbəb olmadan ucadan polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və daha sonra yaşadığı ünvana qayıtmışdır. O və onunla olan digər iki polis əməkdaşı həmin ünvandan uzaqlaşmamış Göyçay RPŞ-nin xx.xx.2022-ci il tarixdə xidmətdə olan əməliyyat-istintaq qrupu həmin ünvana gəldiyini, əməliyyat-istintaq qrupunda Növbətçi Hissənin sürücüsü polis baş serjantı, polis nəfəri İlqar İbrahimov, CAB-ın əməliyyat müvəkkili, polis mayoru Vüqar Hüseynov, TB-nin təhqiqatçısı, polis baş leytenantı Rüstəm Xəlilov və İTB-nin polis sahə rəisi polis mayoru Şahin Xalidovun olduğunu görmüşdür. Polis əməkdaşları ona DİN-nin 102 xidmətindən Şəxs intihar etmək istəməsi barədə məlumat daxil olduğunu və Şəxs ərizəsini almaq üçün gəldiklərini bildirmişlər. Həmin vaxt əməliyyat-istintaq qrupunun üzvləri Şəxs qapısını döyərək özlərini təqdim edib Şəxs DİN-in 102 xidmətinə Göyçay RPŞ-nin qarşısında özünü yandıracağı ilə bağlı verdiyi məlumat əsasında ərizəsini almaq üçün gəldiklərini bildirmişlər. Şəxs bir neçə dəqiqədən sonra qapısının ağzına, yəni küçəyə çıxmışdır. Həmin vaxt təhqiqatçı X10 Cəbiyevə etdiyi müraciətlə bağlı ərizə vermək hüququnun olmasını bildirmişdir. Həmin zaman Şəxs arvadı Gülnaz Dəmirova küçəyə çıxaraq Anarın heç yerə aparılmayacağını bildirib Anara sarılıb ucadan səs-küy salaraq ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs də onun bu hərəkətlərinə qoşularaq ucadan səs-küy yaratmağa, ətrafdan digər şəxslərin diqqətini özlərinə cəlb etməyə başlamışdır. Polis əməkdaşları və o, vətəndaşları sakitləşdirməyə, qanuna riayət etməyə dəvət etsələr də, Şəxs və arvadı Gülnaz Dəmirova öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərini riayət etməmişlər. Məhkəmədə şahid qismində izahat vermiş polis mayoru X5 və polis baş leytenantı X3 şahid X4 ilə eyni məzmunli izahat vermişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 01 (bir) saata görə hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-50/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-50/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver