Məhkəmə qərarları › İş №3(046)-505/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-505/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-505/2024 08.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs MMC-i «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİ fəslinə aid edilmiş İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Həmin Məcəllənin 107.6-cı maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 20 fevral 2024-cü il tarixli **********486400 nömrəli məktubu ilə təqdim olunmuş 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə çıxarışdan görünür ki, Şəxs MMC ********** saylı VÖEN-lə dövlət qeydiyyatında olmaqla hüquqi ünvanı Göyçay şəhəri R.Rza küçəsi ev 85dir. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə Şəxs MMC-nin daha az cərimə edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-i məhkəməyə 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə aparılmasını təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-in 464-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbehin aşağı həddində təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov İş № 3(046)-509/2024 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Göyçay rayon Məhkəməsi 10 iyul 2024-cü il Göyçay şəhəri X1 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 12:15-də başlanır. Hakim məhkəmə iclasını açır və baxılacağ işi elan edir. Hakimin göstərişi ilə məhkəmə iclas katibi məhkəməyə dəvət olunmuş şəxslərdən kimin iclasa gəlib-gəlməməsi barədə məlumat verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Hakim məhkəmə bildirişinin proses iştirakçılarına çatdırılmasının nəticələrini yoxlayır. Hakim yerində qısa müşavirə edib qərara alır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Bundan sonra hakim inzibati xəta haqqında iş materialını araşdırır. Hakim qərar çıxarılması üçün müşavirə otağına gedir. Hakim müşavirə otağından qayıdır və qərarı oxuyub elan edir. Hakim qərardan şikayət verilməsi qaydasını izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Bununla da hakim məhkəmə iclasını saat 12:25-də bağlı elan edir. Protokol 10 iyul 2024-cü il tarixdə tərtib olundu. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar