Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-51/2025 20.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq əhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs vəsatət ilə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri yaşadığı yer üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Şəxs Ağdaş rayonu Abad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının İV tağım YPX inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati haqqında protokol baxılması üçün Şəxs yaşadığı yer üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-51/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-51/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver