Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-511/2024 25.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş Şəxs X1 nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu Mallı-Şıxlı kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs X4 məxsus KapitalBank ASC-yə məxsus plastik kartdan 35.50 manat pul vəsaitini oğurlamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində yerləşən KapitalBank ASC-yə məxsus bankomatın qarşısından plastik kart tapmışdır. Həmin kartdan bacısı X6 ilə birlikdə 35.50 manat xərcləmişdir. Hazırda zərəçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədə X1 nümayəndəsi X8 göstərmişdir ki, Şəxs ilə barışmışdır. Hal-hazırda Şəxs ona dəymiş 35.50 manat dəyərində ziyanı ödəmişdir. Buna görə də ondan şikayət və tələbi yoxdur. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və onunla barışdığından Şəxs barəsində olan materiala xitam verilməsini xahiş edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və Şəxs ilə barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokollar üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-511/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-511/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver