Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-512/2025 22.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, X1, Göyça rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Nümayəndə iştirakı ilə, X1 Göyça rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 02 saylı inzibati qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyça rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 02 saylı inzibati qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini müdafiə edərək belə əsaslandırmışdır ki, xx.xx.2025 il tarixdə istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonuna Göyçay rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Nümayəndə mesaj gəlmiş və həmin mesajda ona ünvanlanmış məktubda göstərilmişdir ki,inzibati xəta törədilməsi barədə rayon İcra Hakimiyyətinə daxil olmuş materiallara baxaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsinə əsasən 300 manat cərimə olunmaq barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İM-nın 395-ci maddəsidə özbaşına tikinti işlərinin aparılmasını və bu əmələ görə inzibati məsuliyyət nəzərdə tutulur. Mobil nömrəsinə göndərilən mesajda göstərilən qərarın surəti ona təqdim olunmadığından hüquq şöbəsinin müdiri ilə əlaqə saxlamış və xx.xx.2025-ci il tarixdə mübahisəsi oluna 31 Yanvar 2025 il tarixli qərarı əldə etmişdir. Qeyd olunan qərarda göstərilir ki, ünvan 1 ünvanında tikinti işlərinə müvafiq icazə sənədi olmadan qeyri qanuni yaşayış obyekti inşa etmişdir. Ona görə də qərara alınmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə müvafiq olaraq 300 manat cərimə olunmalıdır. Qeyd olunan qərarın qəbul olunması mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində illər əvvəl tikilmiş el dilində desək “Naves”-n sökülüb tikilməsidir. Qeyd olunan torpaq sahəsi və naves mülkiyyətindədir. 2023-cü ildə ünvan 2 ünvanında olan evi sahibindən almış, evin yerləşdiyi həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətinə daxildir və 2023-cü ilin dekabr ayında ailəsi üçün həyətimdə tikilmiş "Naves" deyilən tikilinin yerində müasir dövrün təlabatlarına cavab verən obyekt tikmək istəmişdir. Tikiləcək obyektin icazə sənədinin alınması üçün əvvəllər tanıdığı Şamxal Süleymanova müraciət etmiş, 2023 ilin dekabr ayında obekt inşa ediləcək həyətə baxış keçirdi. Tikintiyə icazə üçün 5000 nanat pul tələb etdi.X9 memarlıq şöbəsinin müdiri Ayaz Səfərəliyev ilə danışaraq 2000 manata icazə sənədi almaq üçün pul istədilər. Razılaşmış və pulu 2024 ilin yanvar ayında İcra Hakimiyyətinin binasımda, dəhlizdə Şamxal Süleymanova vermişdir. Hərəsinə də bir qutu nar vermişdir. Tikinti işlərinə başlamış, sənəd istəyəndə Şamxal ona bildirmişdir ki, “icra başçısı o cür tikintilərə sənəd vermir. Sən pulu şirinlik kimi vermisən.” Həyətində tikilini tikib qurtardıqdan sonra qapı və pəncərələri yerləşdirmək istərkən Ayaz Səfərəliyib ora gəlib qapı və pəncərəni yerləşdirməyə icazə verməmiş və ona işləri dayandırmağı bildirmişdir. İcazə sənədini tələb etdikdə ona icazə sənədi verilmədi və buna görə də Göyçay rayon İcra hakimiyyətinin Başçısının qəbuluna gedib bütiin olanları,Şamxal Hüseynov tərəfindən icazə sənədi üçün ondan 2000 manat pul alındığını bildirmişdir. Bundan sonra Ayaz Səfərəliyev ona qarşı Göyçay rayon məhkəməsində Xüsusi icraat qaydasında şikayətlə müraciət etmiş, hal hazırda qeyd olunan iş Göyçay rayon məhkəməsinin icraatındadır. Özümə məxsus olan ünvan 3 ünvanında yerləşən həyətində əvvəllər tikilmiş navesi sökmüş və eyni ölçüdə yenisini tikmişdir. Bunun üçün isə icazə tələb olunmur və buna görə inzibati cərimə tədbiq edilə bilməz. Bundan başqa 2023 ilin dekabr - 2024 ilin mart ayları kəsiyində navesini söküb tikmişdir. Buna görə həmin vaxt ona inzibati cərimə tədbiq olunması barədə qərar verilmişdirsə nəyə görə 1 (bir) 7 (yeddi) aydan sonra ona bu barədə məlumat verilir. Bu fakt özü sübut edir ki, bu hərəkət ona qarşı maraqlı şəxslərin qərəzli hərəkətlərindən biridir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Göyça rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Nümayəndə izahat verərək göstərmişdir ki, X3 şəhəri Üzeyir Hacıbəyov küçəsi 101 saylı ünvanda müvafiq icazə sənədi olmadan qeyri yaşayış obyekti inşa etmişdir. Qeyd edilən fakt Göyçay RPŞ-nın sahə rəisi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və X4 Rayon polis şöbəsinə verdiyi izahatda öz təsdiqini tapmışdır. Buna görə də X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin X6 iştirak etməmişdir. X6 barəsində xx.xx.2025-ci il tarixdə inzibati təhbeh vermə haqqında qərar qəbul etmiş, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat inzibati qaydada cərimə edilmişdir. Buna görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda X6 tərəfindən aparılan tikinti işləri başa çatmışdır. Hal-hazırda heç bir tikinti işləri aparılmır. Məhkəməyə təqdim edilmiş X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-da verdiyi izahatdan görünür ki, ünvan 4 ünvanda İcra hakimiyyəti işçilərinin şifahi razılığı ilə həyətyanı torpaq sahəsinin bir hissəsində özü üçün obyekt tikintisi aparır, lakin tikinti ilə əlaqədar rəsmi icazə verilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 şəhəri Üzeyir Hacıbəyov küçəsi 101 saylı ünvanda müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikinti işləri apardığına görə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş inzibati tənbehvermə haqqında 02 nömrəli xx.xx.2025ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Məhkəmə baxışı zamanı sübutlarla müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan ünvan 4 ünvanda müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz olaraq tikinti işləri apamışdır. Buna görə də onun barəsində İXM-nin 395.1-ci maddəsi xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən barəsində xx.xx.2025-ci il tarixdə inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, İXM-nin 395.1ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilir ki, X4 İXM-nin 395.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xətanı törətməsi sübuta yeririlir. Lakin onun barəsində qeyd edilən maddənin sanksiyası həddində cəza tətbiq edilərkən, qərar qəbul edilən şəxs tərəfindən qanunun tətbiqi düzgün edilməmişdir. Belə ki, İXM-nin 395.1-ci maddəsinin sanskiyasında fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğində cərimə edilməsi qeyd edildiyi halda, qərar qəbul edilən şəxs tərəfindən qeyd edilən məbləğ 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, X6 barəsində xx.xx.2025-ci il tarixli, 02 saylı qərar ləğv edilməli, inzibati xəta materialı yenidən baxılması üçün vəzifəli şəxsə, yəni Göyçay rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 300 manat cərimə edilməsinə dair Göyçay rayon İcra Hakimiyyəti başcısı aparatının hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 02 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. Göyçay rayon Polis Şöbəsi tərəfindən X6 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-512/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-512/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver