Məhkəmə qərarları › İş №3(046)-514/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-514/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-514/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1987-ci ildə Göyçay rayonu Yalman kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu Yalman kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 04 iyul 2025-ci il tarixdə, saat 23.30 radələrində barəsində çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati həbs növündə inzibati tənbehin icrası ilə əlaqədar saxlanıldığı Göyçay RPŞ-nin MSY-də ucadan nalayiq ifadələr işlədərək səs-küy salmış,onu nizam-intizama dəvət edən və ictimai qaydanın mühafizə vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola görə o,xx.xx.2025-ci il tarixdə saat 10.30-da Göyçay RPŞ-nin MSY-də nalayiq ifadələr işlədərək səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə Azəraycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2025-ci il tarixdən 1 ay müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 23.30 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində darıxıb və sıxıldığına görə nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Onu nizam intizama dəvət edən polis nəfərlərinin qanuni tələblərinə qəsdən əməl etməmişdir.Sabahısı gün xx.xx.2025-ci il saat 10.30-da yenə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş,kamera yoldaşlarının rahatlığını pozmuşdur.Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 izahat verərək bildirdi ki, 04 iyul 2025-ci il tarixdən 05 iyul 2025-ci il tarixədək Göyçay RPŞ-nin MSY-də Şahid2 ilə xidmətdə olan zaman, Göyçay Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2025-ci il tarixdən 1 ay müddətinə inzibati qaydada həbs edilərək Göyçay RPŞ-nin MSY-nə yerləşdirilmiş vətəndaş Şəxs MSY-nin daxili intizam qaydalarını pozaraq ucadan səs-küy salmışdır, ünvansız nalayiq söyüş söymüşdür, qonşu kameralarda saxlanılan şəxsləri narahat etmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələr də, o onların qanuni tələblərinə məhəl qoymaraq MSY-nin iş qrafikini kobud şəkildə pozmuşdur. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 027314 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətaların müvafiq olaraq ictimai qayda və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əvvəllər İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi,əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 05 iyul 2025-ci il, saat 13:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar