Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-515/2024 01.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida X1 X7 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida X1 X9ndən daxil olmuş 21 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən sahibkar Şəxs 21 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Spar” marketdə saat 10:53-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların digər nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədərək səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida X1 X7 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikasının Qida X1 X9 tərəfindən illik plana uyğun olaraq ədliyyə nazirliyindən xx.xx.2024-cü il tarixdə alınmış çıxarış əsasında 20-xx.xx.2024-cü il tarixlərində Şəxs məxsus “Spar” marketdə planlı yoxlamanın həyata keçirilməsi üçün əməkdaşlar qeyd olunan ünvanda yerləşən marketə getmişlər. xx.xx.2024-cü il tarixdə əməkdaşlar həmin obyektdə daxil olarkən sahibkar Şəxs yoxlamanın keçirilməsinə şərait yaratmamış, həmin vaxt əməkdaşlar akt tərtib etmişlər. Növbəti gün yəni xx.xx.2024-cü il tarixdə əməkdaşlar yenidən qeyd olunan ünvana getmiş, yenidən sahibkar Şəxs tərəfindən yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Bunu təsdiq edən video görüntülər və yoxlama aktı iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, planlı yoxlama ilə bağlı ona heç bir məktub gəlməmiş, əvvəlcədən yoxlamanın aparılmasından məlumatı olmamışdır. Hesab edir ki, haqsız yerə onun barəsində protokol tərtib edilmiş, heç bir inzibati xətaya yol verməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, sahibkar Şəxs 21 iyun 2024-cü il tarixində ünvan 1 ünvanında fəaliyyət göstərən “Spar” marketdə saat 10:53-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların digər nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədərək səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Azərbaycan Respublikasının Qida X2 X7 xx.xx.2024-cü il tarixli, MARB-YP-186 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, sahibkar Şəxs ünvan 1 ünvanında fəaliyyət göstərən qida məhsullarının satışı mağazasına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək baş məsləhətçi və aparıcı məsləhətçi X6 və X8 tərəfindən planlı yoxlama aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, sahibkar Şəxs yoxlamanın aparılması barəsində qərar və çıxarışla tanış olaraq surətini almış, yoxlamanın keçirilməsinə etiraz etdiyini səbəb olaraq isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən planlı yoxlamanın aparılması ilə bağlı ona əvvəlcədən məktub təqdim olunmasını bildirmişdir. Azərbaycan Respublikasının Qida X2 X7 baş məsləhətçisi və aparıcı məsləhətçisi X6 və X8 tərəfindən tərtib edilmiş 20-xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, sahibkar Şəxs 20-21 iyun 2024-cü il tarixlərində qanuna uyğun yoxlamaların digər nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədərək səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Azərbaycan Respublikasının Qida X2 X7 xx.xx.2024-cü il tarixli, 3-44-9/2-D- 707/2024 nömrəli məktubundan görünür ki, Şəxs ünvan 1 ünvanına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qida məhsullarının satışı mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin 2024-cü il üzrə təsdiq olunmuş illik yoxlama planına əsasən yoxlama həyata keçirilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Göyçay regional poçt filialının xx.xx.2024-cü il tarixli, 66 nömrəli məktubundan görünür ki, Şəxs ünvanlanan SS885572428AZ saylı sifarişli məktub xx.xx.2024-cü il tarixində şəxsən Şəxs çatdırılmışdır. DVD disk video görüntüsündən görünür ki, sahibkar Şəxs tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən “Spar” marketdə qanuna uyğun monitorinq keçirilməsinə maneçilik törədərək həmin məqsədlə səlahiyyətli şəxsləri obyektə buraxmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ona məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Spar” marketdə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş, həmin məqsədlə səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamış onların qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində inzibati xəta haqqında protokol (21 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli) tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhəməsinə göndərilmidir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə həmin şəxsin göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1 maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi dayışır. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-515/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-515/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver