Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-519/2023 23.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Xıdırlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi Lexsus markalı **-UX-*** dövlət nömrə nişanlı avtomaşının təkərini yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq idarə etməklə xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay rayonu Potu kəndi ərizəsində nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi Lexsus markalı **-UX-*** dövlət nömrə nişanlı avtomaşının təkərini yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq idarə etməklə xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaxın qohumu X8 rayonu Potu kəndi ərizəsində qəza törətmişdir. Bununla bağla hadisə yerinə getmiş, orada polis əməkdaşları olmuşdur. Orada nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisəyə görə peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə digər polis əməkdaşı X4 ilə xidmət apararkən həmin gün saat 14 radələrində Göyçay rayonu Potu kəndi ərizəsində X1 vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətmişdir. Daha sonra Şəxs hadisə yerinə gəlmiş, onlara qarşı nalayiq ifadələr işlətmiş, Şəxs nizam-inzitizama dəvət edərəkən, qanuni tələblərinə tabe olmaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs idarə etdiyi Lexsus markalı **-UX-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510, 535.1 511.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-519/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-519/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver