Məhkəmə qərarları › İş №3(046)-52/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-52/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-52/2025 07.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri 20 Yanvar küçəsi dalan 2 ev 11-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən “PUB” kafedə ucadan səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən “PUB” kafedə olarkən tanışı Şərif ilə pivə içərkən Şərif söyüş söymüş, həmin vaxt orda olan polis əməkdaşları yaxınlaşaraq Şərifi polis şöbəsinə aparmaq istəmişlər. Şərif xəstə olduğu üçün onu polis şöbəsinə aparmamaqlarını polis əməkdaşlarına bildirmiş, daha sonra onu da Şərif ilə birlikdə polis şöbəsinə aparmışlar. Həmin vaxt orda nalayiq ifadələr işlətməmiş, söyüş söyməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən “PUB” kafedə X1 ucadan ünvansız söyüşlər söymüş, həmin vaxt onu nizam-intizama dəvət etmişlər. Lakin Şərif hərəkətlərini davam etdirərkən, digər polis əməkdaşlarını çağırmışdır. Həmin Şəxs müqavimət göstərərək Şərifi polis şöbəsinə aparmaqlarına mane olmuşdur. Lakin Şəxs ucadan səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 023848 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdanyüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Хuliqаnlıq niyyətinin mаhiyyəti оndаn ibаrətdir ki, bеlə mоtivlə cinаyət törədən şəхs özünün şəхsiyyətini bаşqа şəхsin və yа qеyri-müəyyən sаydа şəхslərin şəхsiyyətinin fövqündə qоyur, cəmiyyətə аşkаr hörmətsizlik və lаqеydlik nümаyiş еtdirir, ictimаi qаydаlаrı və ictimаi mаrаqlаrı, hаbеlə əхlаq nоrmаlаrını pоzаn və bunlаrа еtinаsızlıq göstərən hərəkətlər еdir. Хuliqаnlıq mоtivi şəхsin аzğınlığındа, qəddаrlığındа, ətrаfdаkılаrа hörmətsizlik göstərən еqоizmini nümаyiş еtdirməsində, cəmiyyətə qаrşı sаir kоbud hərəkətlərdə ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə çох vахt hеç bir səbəb оlmаdаn, yахud cüzi səbəbi zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə üçün bəhаnə еtməklə törədilir. Göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Pub” kafedə olarkən xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs istinad edilən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməldən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdırılan halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar