Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-523/2025 15.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola görə o, 14042 manat 39 qəpik pulun ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədinə görə ondan 14042 manat 39 qəpik pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borcundan ümumilikdə 2000 manat ödəniş etmişdir. "xxxx" MMC-də sürücü işləyir və 500 manat əmək haqqı alır. Borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmır.İcra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmişdir. Qalan borcun aldığı əmək haqqından tutulmasına etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs ona 12105 manat borcu vardır. Şəxs borcundan ümumilikdə 2000 manat ödəniş etmişdir. Qalan borcun birdəfəlik ödənilməsini,ödəmədiyi halda onun barəsində daha ciddi inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədi üzrə Şəxs 14042 manat 39 qəpik məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Şəxs borcundan 2000 manat ödəniş etmişdir. Borclu Şəxs 12105 manat borcu qalmışdır.İcra sənədi üzrə icraat xx.xx.2025-ci il tarixli qərarla başlanılmış,tələbin könüllü icrası barədə bildiriş borcluya verilmişdir.Borclunun əmlak vəziyyəti yoxlanılmış,lakin tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. "xxxx" MMC-də sürücü işləməsi müəyyən edildiyindən icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədi üzrə yaranmış borcun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədi üzrə borcu maddi imkanı olmadığından ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs "xxxx" MMC-də sürücü işlədiyinə görə 400 manat əmək haqqı alır. Proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, 2(046)-723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilmiş, tutulan məbləğ icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmindən azdır, məcburi icra tədbirinin tətbiqini mümkünsüz edən hərəkətlər borclu tərəfindən edilməmiş,borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlara malik olması müəyyən edilməmişdir. Qeyd olunanlar isə borclu Şəxs tərəfindən Göyçay Rayon Məhkəməsinin 2(046)- 723/2025 saylı, 14 may 2025-ci il tarixli icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra edilməməsi barədə nəticəyə gəlmək üçün əsaslar yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-523/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-523/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver