Məhkəmə qərarları › İş №3(046)-525/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-525/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-525/2023 04.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxsnın və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Göyçay rayonunun Bığır kəndindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.5 və 338.7-ci maddəsi ilə DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti alayından daxil olmuş protokol üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.5 və 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 208-ci km-də özünə məxsus 01 baş iribuynuzlu heyvanı nəzarətsiz asvalt-beton örtüklü yola buraxmış, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz C180 markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomaşınla heyvanı vurmuş, Mercedes Benz C180 markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 208-ci km-də özünə məxsus 01baş iribuynuzlu heyvanı nəzarətsiz asvalt-beton örtüklü yola buraxmış, Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz C180 markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus heyvanı vurmuşdur. X1 C180 markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs , xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı-Şamaxı-Yevlax yolunda idarə etdiyi Mercedes Benz C180 markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəxs məxsus iribuynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz C180 markalı **-ZR- *** dövlət qeydiyyat nişanlı avtomobilə 3510 manat maddi ziyan dəymişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 338.5.5 və 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxsnın şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar