Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-53/2023 30.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Şəxs MMC barəsində Bakı şəhər Statistika İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-nin 389-cu maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının yeri və vaxtı barədə Şəxs MMC-ə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana bildiriş göndərilmiş, Şəxs MMC-nin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Şəxs MMC-nin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələrinin iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2022-ci il üçün malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi barədə hesabatı Bakı şəhər Statistika idarəsinə təqdim etməmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Statistika Komitəsinin Elektron İnformasiya sistemi çıxarışından görünür ki, Şəxs MMC 2022-ci il üçün malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi barədə hesabatı Bakı şəhər Statistika idarəsinə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Şəxs MMC-yə İXM-nin 389-cu maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-53/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-53/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver