Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-53/2024 10.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X7 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X3 iştirakı ilə xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində xidmət aparan polis əməkdaşları Şəxs gül bitkilərinin oğurlanmasında şübhəli bildikləri üçün Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onu araşdırılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində gül bitkilərinin oğurlanmasında özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşmış, o həyəcanlanaraq oradan uzaqlaşmaq istəmiş, polis əməkdaşları onu nizamintizama dəvət etməklərinə baxmayaraq o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin polis serjantı, Ramil Sədiyevlər birlikdə 2 nömrəli avtopatrulda xidmət aparan zaman Göyçay şəhəri, H.Əliyev prospektində Şəxs həmişə yaşıl və gül bitkilərinin oğurlanmasında şübhəli bildikləri üçün Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onu araşdırılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərmiş, onu dəfələrlə nizamintizama dəvət etməklərinə baxmayaraq, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X4 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin polis serjantı, Ramil Sədiyevlər birlikdə 2 nömrəli avtopatrulda xidmət aparan zaman Göyçay şəhəri, H.Əliyev prospektində Şəxs həmişə yaşıl və gül bitkilərinin oğurlanmasında şübhəli bildikləri üçün Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onu araşdırılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərmiş, onu dəfələrlə nizamintizama dəvət etməklərinə baxmayaraq, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin, şahidlərin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə,, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən saat 02:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-53/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-53/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver