Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-535/2023 07.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, X1nun xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14:29-da idarə etdiyi Vaz-21124 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M-4, Bakı- Şamaxı-Yevlax yolunun 210-cu km-də (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilmiş, barəsində EQ 16336109 nömrəli elektron protokol tərtib olunmuş və 2 bal və 50 manat məbləğində cərimə edilmişdir. Surət həddini aşdığını qeydə alan **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhkim edildiyi yol patrul xidməti əməkdaşı bilərəkdən yolda aşağı sürətlə hərəkət edən iriqabaritli nəqliyyat vasitəsinin arxasında gizlənərək hərəkət etmiş, ipatrul sistemindən qanunun tələblərinə riayət etmədən istifadə etmiş, bununla da həm öz vəzifə təlimatını, həm də "Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq barəsində elektron protokol tərtib edilməsinə səbəb olmuşdur. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cİ maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radartardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yasavış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Hərəkət etdiyi yolda Qarabaqqal kəndi ərazisində quraşdırılmış radarı keçdikdən sonra adıçəkilən nişanlardan heç biri quraşdırılmamış, sürət ölçən xüsusi-texniki vasitələrin olması itə bağlı xəbərdarlıq edilməmişdir. Bundan əlavə YPX əməkdaşı iriqabaritli yük maşının arxasında gizlənərək nəqliyyat vasitəsində quraşdırılmış radarı yol hərəkətinin iştirakçılarından gizlətmiş, i-patrul sistemindən qanunsuz olaraq istifadə etmiş və öz vəzifəsindən sui-istifadə etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16336109 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 14:29-da idarə etdiyi Vaz 21124 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M-4, Bakı-Şamaxı-Yevlax yolunun 210-cu km-də (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşmışdır. Eləcə də foto görüntüdə **-YP-*** dövlət qeydiyyat nişanlı YPX-i avtomobilinin avtomobilin arxasında qarşıdan gələn nəqliyyat vasitələri üçün görünməyən məsafədə idarə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli, 12 may 2017-cİ il tarixli qərarının 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə saat 14:29da idarə etdiyi Vaz 21124 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M- 4, Bakı-Şamaxı-Yevlax yolunun 210-cu km-də (Yevlax istiqaməti) hərəkətdə olarkən onun surət həddini aşdığını qeydə alan **-YP-*** dövlət qeydiyyat nişanlı YPX-i avtomobili quraşdırılmış xüsusi texniki vasitə Ülvi Əsədullayev üçün görünən məsafədə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2023-cü İl tarixdə saat 14:29-da idarə etdiyi Vaz 21124 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə M-4, Bakı-Şamaxı-Yevlax yolunun 210-cu km-də (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X2 şikayəti təmin edilməli, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-535/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-535/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver