Məhkəmə qərarları › İş №3(046)-54/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-54/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-54/2024 26.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu Cəyirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2024-cü il tarixdə mərhum atası X4 məxsus 333 nömrəli şəhadətnamə əsasında məxsus olan Kral-Arkis markalı 12 kalibrli 19-K-03935 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanın icazəsi olmadan fərdi yaşayış evində qanunsuz olaraq saxlamışdır. Şəxs izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Cəyirli kəndində yaşayır. X5 onun atasıdır. Atasına məxsus Kral-Arkis markalı 12 kalibrli 19-K- 03935 nömrəli ov tüfəngi vardır. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdiyi günədək Göyçay şəhəri A.Faruq küçəsi ev 69-da yaşamışdır. Atası vəfat etdiyi günədək anası X1 ilə birlikdə yaşamışdır. Atasının vəfatından sonra polis əməkdaşları ona zəng etmiş, atasına məxsus ov tüfəngini polis şöbəsinə gətirməsini bildirmişdir. Qeyd edilən odlu tüfəngini Göyçay şəhəri A.Faruq küçəsi ev 69-dan götürərək polis şöbəsinə aparmış, polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa bildirir ki, atasından miras qalmış əmlakı qəbul etməsi üçün anası X1 ərizə ilə Göyçay rayon Notariat kontoruna müraciət etmişdir. Buna görə də hesab edir ki, atasından miras qalmış ov tüfəngini qanunsuz olaraq saxlamamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ov silahlarının saxlanması və təyinati üzrə istifadəsi barədə 333 nömrəli vəsiqədən görünür ki, Kral-Arkis markalı 12 kalibrli 19-K-03935 nömrəli ov tüfəngi X4 məxsusdur. Göyçay RİHB-nın İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 mərhum əri X2 öldüyü günədək onunla birlikdə Göyçay şəhəri A.Faruq küçəsi ev 69-da yaşamışdır. X1 tərəfindən Göyçay rayon Notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, X1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X3 miras qalmış bütün əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Xidməti və mülki silah haqqında qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs mərhum atası X2 vəfatından sonra miras əmlakla bağlı müraciət etməmiş, faktiki olaraq idarə etməmişdir. Bundan başqa Şəxs mərhum atası X5 ilə birlikdə yaşamamışdır. İşin hallarından görünür ki, mərhum atası X4 məxsus 333 nömrəli şəhadətnamə əsasında məxsus olan Kral-Arkis markalı 12 kalibrli 19-K-03935 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanın icazəsi olmadan saxlamamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsini tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar