Məhkəmə qərarları › İş №3(046)-540/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-540/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-540/2023 04.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsi barədə ərizəsinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəməyə təqdim etdiyi ərizəyə MN ******* saylı inzibati xəta haqqında protokolu əlavə etmiş, lakin barəsində qəbul edilmiş qərarı əlavə etməmişdir. Məhkəmə hesab edir ki, İnzibat Xətalar Məcəlləsində inzibati xəta protokolundan şikayət verilməsi nəzərdə tutulmadığından X2 şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar