Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-543/2023 05.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fəzail qızının iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonu Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Xəlitli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq Göyçay şəhərində, məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “YUMZ 6KL” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla Göyçay rayonu, Xəlitli kəndi ərazisində hərəkətdə olarkən traktorun arxa qoşqusunda olan ot bağlayan aqreqatın dəmir barmaqlıqları ilə yolun kənarı ilə hərəkət edən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fəzail qızına dəyərək xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində atası Əlipaşa Musayevə məxsus “YUMZ 6KL” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla yaşadığı evdən çıxaraq Göyçay rayonu, Xəlitli kənd orta məktəbi ilə üz-üzə yerləşən sahələrinə əvvəlcədən biçdiyi otu bir yerə toplamaq üçün getmiş, həmin vaxt traktorun qoşqusunda ot toplayan aqreqat olmuşdur. Daha sonra otu toplayıb Göyçay-Ucar yolu ilə Göyçay şəhəri istiqaməti ilə hərəkət edərkən Göyçay rayonu, Xəlitli kəndi ərazisində traktorun qoşqusunda olan ot bağlayan aqreqatın dəmir barmaqlıqları ilə yolun kənarı ilə hərəkət edən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fəzail qızına dəyərək xəsarət yetirmişdir. Hadisə vaxtdı yolun kənarı ilə hərəkət edən piyadaçıları vurmasından xəbəri olmamışdır. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs1 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs2 Fəzail qızı ilə birlikdə Göyçay rayonu, Xəlitli kəndində yaşayan tanışı Dəyanətin evinə qonaq getmiş, saat 23 radələrində arvadı ilə birlikdə qonaq getdiyi evdən geri qayıdarkən qarşıdan gələn traktor yolun kənarı ilə hərəkət edərək arxa qoşqusunda olan dəmir barmaqlıqlar ona və arvadı Xuramana dəyərək xəsarət yetirmişdir. Halhazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Fəzail qızı izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Göyçay rayonu, Xəlitli kəndində yaşayan tanışı Dəyanətin evinə qonaq getmiş, saat 23 radələrində əri ilə birlikdə qonaq getdiyi evdən geri qayıdarkən qarşıdan gələn traktor yolun kənarı ilə hərəkət edərkən arxa qoşqusunda olan dəmir barmaqlıqlar ona və əri Araza dəyərək xəsarət yetirmişdir. Hal-hazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin əlamətləri olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Göyçay RPŞ-nin DYPB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi Publik Hüquqi şəxsi Göyçay rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 402 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: Sol göz yarığının bir qədər daralması və sol göz altı nahiyyədə dərinin epidermis qatının soyulması ilə nəticələnən yumşaq toxumanın əzilmiş – cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri, qərarən təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 2. Sol bazunun 1/3-nin iç və sol saidin yuxarı 1/3 hissələrində qançırlar, gövdənin ön səthində döş qəfəsinin sol – sağ yuxarı tış və aşağı iç hər iki qarınüstü nahiyyələrdə sıyrıqlar küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri, qərarən təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi Publik Hüquqi şəxsi Göyçay rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 403 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Fəzail qızının məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: gövdənin arxa səthində belin sol iç hissəsində, sol sağırının yuxarı iç – bayır sol bud – çanaq oynağının bayır səthlərində qançırlar küt-bərk əşyanın öz boyu hündürlüyündən yixılması nəticəsində törənmişlər, törənmə müddətləri, qərarən təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa yüngül zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fəzail qızının sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi və eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-543/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-543/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver