Məhkəmə qərarları › İş №3(046)-546/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-546/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-546/2022 26.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə Bakı şəhər X3 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 06 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində sərxoş vəziyyətdə "MİTSUBİSHİ PAJERO" markalı **-XG-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı **-XG-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən Yol Polisi əməkdaşı onu saxlamış, sənədlərini təqdim edərkən ona sərxoşluq müayinəsindən keçməsini təklif etmişdir. Müayinə zamanı spirtli içki qəbul etdiyi məlum olmuşdur. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş 06 avqust 2022-ci il tarixli İXP ******* nömrəli sərxoşluq vəziyyətini təyin etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs 06 avqust 2022-ci il tarixdə sərxoş olmuşdur. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 333.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs 06 avqust 2022-ci il tarixdə "MİTSUBİSHİ PAJERO" markalı **-XG-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar