Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-55/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Göyçay rayonunun 1-ci Ərəcəbirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində xx xxxxxx 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 01 radələrində zərərçəkmiş şəxs X2 məxsus küçəyə yığdığı bir ədəd dəyəri 10 manat olan odun parçasını talamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, ailə üzvüləri ilə Göyçay rayonunun 1-ci Ərəcəbirli kəndində yaşayır. X3 onun qonşusudur. xx xxxxxx 2021-ci il tarixdə saat 01 radələrində qonşusu zərərçəkmiş şəxs X2 məxsus küçəyə yığdığı bir ədəd dəyəri 10 manat olan odun parçasını götürərək özünə məxsus hamamın sobasında yandırmışdır. Hazırda Əzizlə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş X3 göstərmişdir ki, ailə üzvüləri ilə Göyçay rayonunun 1-ci Ərəcəbirli kəndində yaşayır. Şəxs onun qonşusudur. xx xxxxxx 2021-ci il tarixdə saat 01 radələrində qonşusu Şəxs ona məxsus küçəyə yığdığı bir ədəd dəyəri 10 manat olan odun parçasını talamışdır. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Elşənlə barışmış, Elşən ona dəymiş ziyanı ödəmişdir. Buna görə də Elşənin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və onunla barışdığından Şəxs barəsində olan inzibati materiala xitam verilməsini xahiş edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və Şəxs ilə barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta protokollar üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-55/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-55/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver