Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-55/2024 23.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri, Nizami küçəsində özünə məxsus “Tir” tüfəngi vasitəsi ilə iki ədəd “Qurqur” cinsli quş ovlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqan (nümayəndəsinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evinin qarşısında özünə məxsus tir tüfəngi vasitəsi ilə iki ədəd “qurqurək” adlanan quş vurmuşdur. O sözügedən silahla ov etmək üçün icazə almaq istəyərkən, həmin silah ov üçün qadağan edilmiş olduğunu öyrənmiş və buna baxmayaraq ov etmək üçün hüququ olmadan ovçuluqla məşğul olmuşdur. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, etmiş olduğu qanun pozuntusu izah edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri, Nizami küçəsində özünə məxsus “Tir” tüfəngi vasitəsi ilə iki ədəd “Qurqur” cinsli quş ovlamış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X7 rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində polis nəfəri, Yusif Cahangirovla birlikdə 2 nömrəli avtopatrulda xidmət aparan zaman Göyçay şəhəri, Nizami küçəsində bir nəfər şəxsin ov etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, qanun pozuntusunu ona izah edərək barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil vermişlər. Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 05 yanvar 2024-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, hal şahidləri X3 və X1 iştirakları ilə, xx.xx.2024-cü i tarixdə Göyçay şəhəri, ünvan 1-də yaşayan Şəxs ovladığı iki ədəd “Qurqur” cinsli quşu və bir ədəd “Tir” tüfəngi maddi sübut kimi götürülmüşdür; Beləliklə, məhkəmə Şəxs izahatını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu hərəkətlə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan, yəni ov qaydalarını kobud şəkildə pozaraq lazımi icazə olmadan hər birinin dəyəri 5,5 (beş manat əlli qəpik) manat təşkil edən cəmi 02 (iki) ədəd göyərçin quşunu qanunsuz olaraq ovlaması nəticəsində ümumilikdə təbiətə 11 (on bir) manat maddi zərər vurmuşdur. Belə olduğu təqdirdə də, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs inzibati qaydada xəta törətmiş hesab olunaraq barəsində inzibati tənbeh tədqiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən icazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq ona inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni Göyçay rayon Polis Şöbəsinin silah sursat anbarında saxlanılan “Tir” tüfəngi müsadirə edilməklə, 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-55/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-55/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver